Səhifə yenilənmədən daima artıb azalan rəqəmi ekranda göstərmək

Salam. Saytımda 1 rəqəm hər dəqiqə(saniyə) artıb azalır. Bunu səhifə yenilənmədən necə saytda necə göstərə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Şükür Hüseynov (2019-09-03 11:07:52)
Yuxarıda yazılmalı olan c.php səhifəsi: [code] echo date("d-m-y H:i:s"); [/code] Qeyd: Php kodlarını yazdıqda saytda boşluq olaraq düşür.

Şükür Hüseynov (2019-09-03 11:06:20)
Salam 1. Yuxarıda da deyildiyi kimi, Ajax vasitəsilə edə bilərsiz. Məsələn, səhifə yenilənmədən, ajax vasitəsilə səhifənin bir yerində zamanı dəyişmək istəyirsiz. Bunun üçün, html səhifəsi: [code]

setInterval(function(){ $.ajax({url: "c.php",method: "post", success: function(result){ $("#time").html(result); }}); },1000); [/code] Növbət olaraq c.php səhifəsi: [code] [/code] Beləliklə səhifə yenilənmədən divin daxilindəki məlumat yeniləcək. Bunu tək javascriptlə də etmək olardı, ancaq, bu sadəcə nümunə idi. Nümunəni daha da mürəkkəbləşdirmək olar. 2. Ajaxa oxşar load metodu. Yuxarıdakı html səhifsənin kodunu aşağıdakı şəkildə dəyişək: [code]
setInterval(function(){ $("#time").load("c.php"); },1000); [/code] Hətta nümunəni yazarkən ajaxda ləngimələr yaşadım, ancaq, load() metodu çox rahat işlədi. 3. Səhifəyə iframe yerləşdirmək və iframei daimi olaraq yeniləmək. [code] setInterval(function(){ $("#iframe").attr("src","c.php"); },1000); [/code] 4. Websocket. Çatlarda və buna oxşar tətbiqlərdə istifadə etmək üçün əlverişlidir. Yuxarıdakı nümunələrdə daimi yenilənmə üçün 1 saniyədən 1 əməliyyat yenidən aparılmalı idi. Ancaq, Websocketdə serverlə səhifə arasında əlaqə açıq qalır və daimi yenilənməyə ehtiyac duyulmur. Buna görə də server daha az yüklənir. Bu səbəbdən də, çat tipli tətbiqlərdə Websocket istifadə etmək daha əlverişli olur. Websocket nümunəsi üçün Buraya baxa bilərsiniz.

Devolper (2019-09-02 22:25:47)
Cavaba görə çoxsağolun

E. Hacı (2019-09-02 22:22:41)
AJAX adlanır bu. Google edin, w3schools filan saytları çıxacaq nümunələrlə. ona uyğun artıq qura biləcəksiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

XML realtime update

Call to undefined method mysqli_stmt::get_result()

Web developer olmaq?

Saytın htaccess faylı ilə bağlı kömək lazımdır

JQuery və multiple select options

Qeydiyyat/Login formu yığarkən nələrə diqqət etmək lazımdır ?