Bank kartı ilə depozit

Salamlar, Mən bir amerikan saytına depozit olaraq pul yükləmək istəyirəm, hesabın təsdiqlənməsi üçün sayt 10 dollar istəyir. Mən də bir payoneer kartı var ancaq o karta burdan pul vura bilmirəm, yalnız xaricdən pul qəbul edə bilirəm. İndi əsas sualım, Azərbaycandakı bank kartları ilə (maaş kartı, pensiya kartı və s.) xarici sayta dollarla ödəniş etməyim mümkündür ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2019-09-09 13:15:54)
yaxşı halda 0$, güman ki 1.8$, ən pis halda 2$ qeyd: Ödənişi elədiyiniz mənbənin etibarlı olmasına diqqət edin. Hər internetdə tanıdığınız şirkətə pul köçürmək olmaz, sonra kartdakı bütün məbləği oğurlamasınlar. məsələn paypal ilə ödəniş dəstəyi varsa, paypala qoşub ödəmək olar güvən üçün

Elon Musk (2019-09-09 12:42:33)
Təşəkkür edirəm cavabınıza görə, siz bilərsiz, təxmini 10 dollara görə beynəlxalq bank nə qədər əlavə komissiya xərci və ya vergi tuta bilər ?

Software Developer (2019-09-09 08:31:06)
Istənilən yerli viza və ya master kart ilə xarici ödəniş etmək olur. Valyuta ferq etmir. Bəzi pensiya kartlarında bəzən bağlı olur bu tip ödənişlər, müraciət etməklə acdirmaq olur onu da. Bir də əlavə komissiya və ya vergi tutula bilər bəzi məlum hallarda. Bankıniza zəng edib detallı öyrənə bilərsiniz.