Camexlə 1000$ üstü əşya gətirmək

Amerikadan 1100 dollarlıq qurğu almaq istəyirəm. Lakin amazon birbaşa azərbaycana göndərmədiyi üçün camexlə almaq istədim. Camex haqda oxuduqdan sonra bağlamanın limiti 1000 dollar olduğunu gördüm. Mən bu cihazı sifariş etsəm,36% rüsumu ödəsəm(36$) ,camexlə gətirə bilərəm? (Mover az və usa2bakuda da 1000 dollar limit var)

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-09-12 11:20:11)
Gətirə bilərsiniz. Ssenari belə olacaq: - Mal gömrükdə saxlanılacaq. - Camex sizə zəng edib deyəcək bu barədə. Kİ ya gedin özünüz götürün rüsum ödəyərək. Ya da istəyirsiz yaxınlaşın Camex ofisinə, rüsumu və agent haqqını(xidmət haqqı, 30 manatdır səhv etmirəmsə) bizə ödəyin, gerisini biz həll edək(banka pulu ödəyib müvafiq sənədi almaq və gömrüyə vermək, malı da ordan çıxarıb camexin ofisinə gətirmək). Siz də ona uyğun qərarı verirsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon FBA ilə məşğul olan var ?

Amerikada pulsuz təhsil necə ala bilərəm?

Aliexpress-dən Gəlməli Bağlama

2ci dərəcə yastı dabanlılıq və əsgərlik

İphone 6s sifariş vermək

WordPress temasin pulsuz almaq