İnternetə qoşula bilmirəm

Salam, mən Hökməlidə həyət evində qalıram.Evdə telefon xətti yoxdur aztelekom çəkmirki şalbanda boş yuva yoxdu.Sazz qoşduq çox zəif tutdu.Fiberoptiklər ancaq bina evlərinə çəkirlər.Azercell və narın modemləri də sərf eləmir çünki evdə çox istifadəçi var limitsiz internet lazımdı.Başqa yol bilən varsa deyə bilər zəhmət olmasa?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

qirmizibibr (2019-09-16 14:20:26)
Sazın köhnə modemini yoxlamışdım keçən il çox zəif tuturdu, yenisini də alıb yoxluyaram onda bəlkə normal tutar.Cavaba görə çoxsağolun.

E. Hacı (2019-09-14 12:44:58)
nar-da real limitsiz paketler vardı modemli versiyalarda. (paket bitəndə 2mbitə dşüürdü sürət, bu da əla sürətdir simsiz üçün) o haqda yazdım az öncə burda, sonra nar.az saytından bir daha yoxlayım dedim, gördüm onlar da ləğv ediblər bu aydan etibarən. ona görə də mobil operatorlardan heç bir variant qalmır limitsiz üçün. son əlac Sazz-dır, Hökməli Sazz-ın əhatə dairəsinə daxil deyil, amma ətrafdakı Sulutəpə və Xırdalan daxildir, ona görə də əgər yerləşdiyiniz ərazi Sulutəpə və ya Xırdalan tərəfə çox yaxın olan tərəfdirsə, o zaman Sazz tuta bilər sizdə, pəncərəyə filan qoyanda modemi. Alıb yoxlaya bilərsinuz, test edib geri qaytarmaq pulsuzdur Sazz-da. Sazz əhatə dairəsi

qirmizibibr (2019-09-13 21:07:02)
Mən limitsiz deyərkən paketi nəzərdə tuturdum azercelldə də limitlidi bütün paketlər.

az-hosting (2019-09-13 20:51:12)
Azercell in mifi modemi var. 10 nefere qeder qoshulma mumkundur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Balakəndə Simsiz İnternet varmı?

Wi-fi

Wireless Module not supported

Simsiz internet

simsiz internet

Qaradağ üçün Simsiz internet