Ətraflı məlumat üçün çox təşəkkür edirəm. Minətdaram
1. Adi vətəndaş kimi rəsmiləşdire bilərsiniz. MMC lazım deyil. Gömrüye gedirsiniz, rüsumu odemek üçün izah edirlər, rüsumu bankın ordakı şöbəsində ödəyirsiniz malı götürürsünüz.
2. Gələn malların umumi qiymət nədirsə ona tətbiq olunur rüsum (36% təxminən)
3. Limit yoxdur
4. Ölcu poçta aid məsələdir, gömrüye aidiyyatı yoxdur.
5. Freelance da qanuni işləməlidir qaimə ilə faktura ilə. Yəni sizin hazırda dediyiniz format düzgün format deyil. Sahibkar kimi qeydiyyatdan keçməlisiniz və vergi ödəməlisiniz. Sonra kredit, viza almaq və.s. məsələsində artıq maaş alanlar ilə eyni hüququnuz da yaranacaq.
Fiziki şəxs kimi VÖEN əldə etməniz lazımdır, hər biriniz. sonra da üç ayda bir gəlirin 2% və ya 5% dəyərində vergi (fəaliyyət növünə görə dəyişir faiz) ödəmək və hesabat vermək lazımdır. Və təbii ki aylıq sosial sığorta hesabat və ödənişləri etməlisiniz.(indi deyəsən 46 manatdır )
Bütün bunları ozunuz bilmirsinizsə, bir mühasib tapın sizə hamsinı izah etsin. Və yaxud elə müəyyən ödəniş qarşılığında razılaşın, bütün sənəd ödəniş hesabat ve.s. hər şeyi sizin üçün həll etsin, siz sadəcə oz işinizlə məşğul olmaga davam edin.
Ebaydan Telefon sifarişi ve yeni qadağalar.
Aliexpress suviner bıçaq zakaz etmək
Toxum sifariş eləmək qadağandı?