Qonşudan aldığım wifi zəifdi

Salam. Mən wifi qapı qonşudan qoşuluram. Qapı qonşumda oların üstündə olan qonşuya parol verib bizədə. Qapı qonşunun üstündəki qonşuda cəmi bir nəfər istifadə edir vayfaydan bizdədə 1 telefondu. Qapı qonşudada iki nəfər qoşulur vayfaya. Yəni ümumi 4 nəfər qoşulur. Bizdə set çox zəifdi. Ancaq gecələr qonşu yatanda biraz normal işdiyir. Bİrdə görürsən dalğa 3-4 dişdi ancağ imternet heçnədi. Bu setin zəif olması telefonnan ola bilər? Həmçinin İp Adreslər qarışırsa nə etməliyəm. Və bir digər variant əgər nə etsəmdə set zəif olsa hansı wifi gücləndiricini məsləhət görərdiz çox baha olmamaq şərti ilə. O qədərdə imkanım güclü deyil.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Meyxanaci Fateh Oguz (2019-09-17 00:41:38)
Başa düşdüm minnətdaram

Software Developer (2019-09-16 11:09:58)
Set 3 dalğa göstərir və internet zəifdirsə, demək ki, qoşulanlardan biri ağır yüklənib nəsə dounload edir və ya video filan baxır daim. Nəticədə də ümumi sürət düşür. Siz neçə nəfərin qoşulduğuna ancaq xüsusi softlarla baxa bilərsiniz(modemin admin passvordu varsa sizdə). bəlkə də bilmdəyiniz qoşulan da var, xəbəriniz yoxdur. wifi gücləndirici nəsə edə bilməz bu durumda. ümumi xəttə gələn internet data axışında problem ola bilər(modemdə və ya çəkilən kabellerdəki hər hansı problem), ona görə də cəmi bir video baxmaq filan axsadar sürəti. Sizdə zəif olması bu durumda normaldır, qonşusunuz, aranızda illah ki divar maneə məsafə və.s. var - o da olan qalan sürəti də bir az da zəiflədir. Ən yaxşısı öz internetinizin olması olar