+1 ilə başlayan nömrədən gələn zəng

Salamlar, bayaq mənə +1ilə başlayan nömrədən zəng gəldi. Londondan zəng ediblər deyilənə görə. İnternetdə pul qazanmaqla bağlı. Düzü inanmadım birdə sizdən soruşum. Soruşanda ki nomreni hardan tapmsibnoz cavab olaraq sizin nomrenizin son 4 rəqəmi kampaniyaya düşüb falan. Söhbət budur ki bank kartım və hesabımda 100$ olmalıdır. Qızılın gülüşün qiymətimin qalxıb düşməsindən pul qazanacam. Sizcə bu yalan biseydirmi? Mende qebul elemedim düzü dedim axşam bir daha zəng edin hə yoxumu deyəcəm

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-09-18 11:57:34)
Fırıldaqçıdırlar və dərhal blok edin nömrələrini. Yenə zəng etsələr, polisə şikayət edəcəyinizi deyin, daha zəng etməyəcəklər. Fırıldaq da deyəndə ki, tam olaraq oğru zad deyillər, sadəcə bu piramida şirkətləri kimi bir şeydirlər - əsla heç nə qazandırmayacaqlar və ümidləri sizdən qoparacaqları puladır. Qısacası ağıllı yolla aldatmaq üsulu. Çoxalıb son zamanlar belələri. Özü də Azərbaycandan zəng edirlər, ifşa edilmələri daha çətin olsun deyə müxtəlif ölkələrin adına virtual nömrələrdən zəng edirlər (yəni o sizdə görünən nömrə real simkart nömrəsi deyil, virtual nömrədir)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress satış ortaqlığı (Admitad)

Clickbank.com da açılan hesablar bağlanılır?