Googledən hədiyyə

Salam.Mənədə googledən mesaj gəldi 7 100 nəfər içində seçilib yarışa qatıldığım barədə 7 özüm haqqımda sual ingiliscə.7sinədə cavab verdim ingiliscə mesaj gəldi bəs qalib seçildiniz 3 hədiyyədən birin seçin.Məndə samsung c10 u seçdim.Sonra mesaj gəldiki samsung c10 sifariş olundu kredit kartınızdan 1 euro göndərin hədiyyəniz göndəriləcək.Bu doğrudurmu?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ramazan (2019-09-19 10:19:37)
Googlenin sistemində boşluq tapıb onlara desən sənə google hədiyyə verər.durduğu yerdə google kimə hədiyyə verər:) Mənə paypal adınan spam email atmışdılar eyni paypal adresi loqosunan emaildə yazmışdılarki paypal istifadeçi təhlükəsizliyi üçün bunu etməlisiniz guyada yalançı artistlərdi,məndə inanmışdım sayta keçid etdim eyni paypal,paypalımın login parolu yazdım sonra bank kartı tələb etdi,bank kartının yarısını yazmışdım birdən saytın adını baxdım gördüm başqa saytdı anladımki spamdı tez loqin parolu deyişdim,

E. Hacı (2019-09-18 03:21:50)
Təbii ki doğru deyil və internet dələduzlarin sizi aldatma cəhdidir. Google heç kimə hədiyyə vermir. Həmin sayta çalışın bir daha daxili olmayın, email də yazsalar spam kimi şikayət edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın raskrutka olunması

Chrome history-də naməlum saytlar

Google Adsense-dən necə pul qazanmaq olar?

Adsense hesabı almaq

Google adsensedən birinci cəhddən məktubun düzgün ünvana göndərilməsi.

Google domenləri