Müştəriyə Sayt Təhvil Verəndə Cpanel verilməlidimi?

eşitdiyimə görə bəzi yerlərdə saytı təhvil verəndə cpanel verilmir.Sizcə Cpanel müştəriyə verilməlidimi?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Tamerlan Mammadov (2019-09-23 14:55:16)
Məncə vermək lazımdır gələcəkdə məsələn bir hadisə baş versə əgər sayt tanınmış saytdırsa sonra sizi axtarıb tapa bilməyə bilər.

Bymaraq (2019-09-21 10:14:20)
Əgər saytın texniki dəstək işinə siz baxacaqsınızsa, verməməyiniz məsləhətdir.

E. Hacı (2019-09-19 13:20:42)
Fərdi məsələdir. Saytı əgər təhvil verirsinizsə və müştəri ilə işi bitirirsinizsə, o zaman təbii ki verilməlidir. Yox əgər müştəri texniki sahədən anlayışı olmayan biridirsə və saytın texniki baxımını aylıq anlaşma əsasında sizə həvalə edibsə, o zaman cpanel verilməməsi daha uyğundur