R10 dəvətnamə

Salam, Mən Türkiyədə yaşayıram və əlavə iş olaraq internetdən kiçik işlər götürürəm. Ticarət mövzusunda r10.net forumuna çox ehtiyac duyuram, tanıdıq olmadığı üçün heç bir şəkildə üzv ola bilmədim. Keçən il dəvətnamə müraciəti göndərdim, təəssüf, dəyərləndirmədilər. Aranızda üzvlüyü və dəvətname haqqı olub, kömək etmək istəyən olarmı? Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

JoshgunPRO (2019-09-24 22:29:46)
Yenə yoxlayacam, bəlkə şans üzümə gülə. Təkrar təşəkkür edirəm.

Tamerlan Mammadov (2019-09-24 22:26:59)
Siz mail atın maili görsələr kömək edərlər çünki bugünlərdə çox dəvətiyə dağıdıblar.

JoshgunPRO (2019-09-24 22:20:24)
İnternet keçmişim var, sadəcə hal hazırda şəxsi saytım yoxdur. Wmaracı profilim normaldır, amma heç bir ticarətim olmayıb. Yalnız kömək etmək məqsədli cavablarım mövcuddur. Keçən il 10-dan çox mənim işim olan saytda qeyd eləmişdim. Deyəsən, şans əsəri dəyərləndirirlər.

Tamerlan Mammadov (2019-09-24 22:15:05)
İnternet keçmişiniz varsa wmaraci.com ve ya ytpara.com profili normaldırsa mail atıb keçmişinizi danışın elə qəbul edirlər. Məni elə qəbul eləmişdilər.

JoshgunPRO (2019-09-24 22:09:41)
Aydındır, diqqətinizə görə sağ olun yenə də.

Tamerlan Mammadov (2019-09-24 13:54:21)
Orada çətin kimsə dəvətnamə verə sizə çünki nəsə problem olanda dəvətnaməni verənin üstünə düşürlər. Məndə var ancaq o səbəbə gprə verə bilmərəm.