Codecanyonda Alanda Edilən Kömək Pulu Aylıqdı?

Aldığım Məhsulu Seçirəm Sonra Sağda Kömək Puluda var 6 aylıq yazılır 12 aya kimi çıxır, 6 ay müddətdə Hər ay ödənir? Yoxsa pulu ödədin 6 ay ərzində satıcı kömək etməlidi?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2019-09-28 15:04:13)
Support xidməti aktiv olmayan pluginlər də çoxdur bəli - xeyr, o halda heç bir kömək öhdəliyi yoxdur, hər şeyi siz özünüz etməlisiniz.

Ramazan (2019-09-28 13:07:41)
Eləsidə var kömək qoymur"problem olsa kömək etməlidimi

E. Hacı (2019-09-26 18:28:51)
Silse plugin qalacaq sizdə və altı ay support davam edəcək. Tam aradan çıxsa, plugin qalacaq sizde, amma support olmayacaq

Ramazan (2019-09-26 14:15:07)
Aydındı bir məsələdə çox beynimi məşğul edir keçəndəfə bir plugin varıydı 8 min satışlı silinmişdi,yəni dediyim məhsulu alsam sonra məshul silinsə və yaxud Author aradan çıxsa onda necə olur? Cavabıva görə çox sağol

E. Hacı (2019-09-26 13:54:43)
Xeyr, bir dəfə ödənir və 6 ay keçərli olur. amma buraya hər hansı özəl köməklər daxil deyil. yalnız quraşdırma, ayarlama, problem olarsa onu həll etmək daxildir. hər hansı özəl dəyişiklik istəyi daxil deyil. (məsələn plugində olmayan bir şeyi əlavə etməyi tələb etmək, və ya plugindəki hansısa funksiyanı sırf sizin üçün dəyişdirməyi istəmək və.s.)