Bitcoinin Hazırki Vəziyyəti Haqqında Suallar 2019 2020

1,Hal hazırda bitcoin almaq satmaq serf edərmi? 2.Bitcoin alıb satmaq üçün illa videocard bazasımı olmalıdı bank kartınan alıb satmaq olmurmu? 3.100 dollarlıq bitcoin alsam geri satsam normalda nə qədər gəlir əldə edə bilərəm maxsimum,minimum, 4.bitcoin alsam konpyuterimə xakerlər hücum edərmi? 5.qazanılan pulu azerbaycanda neğdleşdirmək olurmu və hanı yerlərdə? Cavabınıza görə çox sağolun

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-09-28 12:40:53)
1. Belə sualların cavabı bilinsə, zatən birja deyə bir şey də olmaz. Birja qeyri müəyyənlikdir, hər kəs öz subyektiv analizi ilə nəticə çıxarır. Almaq da sərf edə bilər, satmaq da. Sabah bitcoin dəyərdən düşüb 1000 dollar da ola bilər, hansısa güclü spekulyasiya ilə 100 min dollar da. 2. Ümumiyyətlə sizə qətiyyən məsləhət deyil bitcoin alıb ssatmaq - hələ ki. Yetərincə məlumat əldə etdikdən sonra girişməyə dəyər. Çünki verdiyiniz bu sual sahə haqqında ümumiyyətlə məlumatsız olduğunuzu göstərir. Tələsməyin. Öncə məlumat əldə edin. 3. Əmtəənin dəyəri nə qədər dəyişirisə o qədər. Məsələn 10 manata aldığınız mal 11 manata olursa demək ki hər 100$ alışda 10$ qazanarsız. 4. həm hə həm yox - hər şey mümkün. bitcoin tokeni adətən usb diskdə filan da saxlayırlar. 5. rəsmi olaraq yoxdur . bir ara portmanat edirdi, deyəsən ləğv etdi. məşğul olanlar isə xaricdəki əlaqələri və ya online finans xidmətləri və.s. ilə edirlər. Ümumiyyətlə bitcoin deyən bir şey aldıqda siz hər hansı kod almırsınız. Yəni 1 bitcoin hər hansı kod deyil. 10 bitcoin də həmçinin. Yəni bunun heç bir kodu olmur. Bitcoin informasiyadır. Sadəcə informasiya. O informasiya da sizdə yox, qlobal kompüterlərdə yayğın şəkildə olur, minlərlə nüsxədə. Ona görə də hack etmək mümkün olmur. Sizdə olan və qorumalı olduğunuz şey sizin loru desək məxfi kodunuz, açar kodlarınızdır. O kodlar sayəsində məhz siz o beynəlxalq şəbəkədə 10 bitcoin sahibi olan hansısa dsadsadsadsadsad32312 adlı istifadəçinin sahibi olduğunuzu isbat edirsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

bitki mənşəli məhsul almaq istəyirəm

Sayt almaq haqqında melumat

Cex.io-dan Kapital banka pul köçürüldükdən sonra xəta

Portmanatda ödənişlərin çıxarışına baxmaq

Ebaydan qulaqlıq almaq istəyirəm.

Türkcə ticarət saytı