Antiviruslar Dünyada olmayan proqralama dilinin virusunu tanıyarmı?

Məşhur proqramlama dillərini.hamı tanıyır java, c+,c#,php, html,python,kotlin,və s.bunları antivurus tanıyır.birdən bir xaker özünən proqrallama dili yaratdı heç bu birlərdən əlaqəsi olmayan və həmin dildən virus düzəltsə antiviruslar hənin virusu taparlarmı? Cavabınıza görə çox sağolun

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-10-05 17:13:22)
Dünyada olmayan bir dildə yazılan virus heç yerdə işləməyəcək. Heç yerdə işləməyən bir virus da sadəcə mənasız yazılardan ibarət fayldır və əsla zərərli ola bilməz. Yəni virusu virus edən odur ki, kompüterlər tərəfindən tanınan və icra edilə bilən dildə yazılır və ona görə də zərər verə bilir. Yoxsa məsələn, vindouz kompüterində kompüter üçün çox təhlükəli olan bütün məlumatları məhv edə bilən bir virus linux kompüterə heç bir şey edə bilmir. çünki .exe faylı linux-da tanınmır.