1.antivirus nəyə əsasən fayldakı virusu tapır kodlaramı?
2.mən internetdən fayl yüklədim .həmin faylda virus olmağı bilinməyən və öz işini görən zərərli fayl varsa onu tapırmı?məsəl üçün fayl vifinin parolunu kartın parolunu gündə,ayda, ildə, 1 rəqəmini oğrluyursa onu antivirus tapa bilirmi?
3.hansı hallarda antivirus məsulyəti daşımır?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
1. bu ayrıca bir elm kimi bir şeydir. bir cümlə ilə izah etmək olmaz. işin içində riyaziyyat, ehtimal nəzəriyyəsi, big data, bayes modeli və.s. var.
2. öz işini görmə formasından asılıdır. fayl əgər virusdursa mütləq ki qaydalara uyğun gəlməyən bir davranış sərgiləyəcək. məsələn xəbərsiz özü işə düşməyə çalışacaq, sistem fayllarına müdaxilə etmək istəyəcək, sistem papkalarına fayl kopyalamağa çalışacaq və.s. – antivirus sayı minlərlə olan bu tip şübhəli cəhdlərdən biri və ya bir neçəsi olmasını görən kimi hədəfi təyin edir və virus olmasını təsbit edir.
3. hər şey razılaşmada yazılır. antivirus köməkçidir sadəcə , məsuliyyət daşımır.
Ümumən zərərli proqramı 100% tanımaq deyə bir şey yoxdur. antiviruslar get gedə güclənirsə, viruslar da eyni şeyi edir. hər dəfə antivirusların tanımadığı şübhəli görünməyən davranışlar tapırlar və zərər verirlər.
belə-belə bu tip mübarizə daim davam edir.
təbii ki, bu minvalda get-gedə qələbə antivirusların tərəfinə keçmiş olsa da (bütün yollar tükənir get-gedə), virusların tam məğlub edilməsi yəqin ki, yaxın zamanlarda mümkün olmaz.
Sual verin
Cavab verin