Müəllim olmaq

Salam. Mən mühəndislik üzrə bakalavr təhsili almışam. İndi MBA üzrə magistr oxuyuram. Riyaziyyatım yüksək səviyyədədir. Hal hazırda bakalavr qəbuluna tələbə hazırlamaqla məşğulam və nəticələr də yaxşıdır.Pedaqoji təhsilim olmadan mən necə müəllim ola bilərəm? İnformal təhsil bu sistemdə işləyir?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Şükür Hüseynov (2019-10-06 10:28:56)
Salam. Öz sahəniz üzrə universitetdə işləməyiniz mümkündür. Amma, magistratura, doktorantura təhsilinə ehtiyac duyula bilər. Sırf riyaziyyat müəllimi olmaq istəyirsinizsə, Təhsil Nazirliyinin ixtisasartırma proqramı ilə maraqlanın, ola bilsin alındı riyaziyyat üzrə, amma dəqiq bilmirəm. Dövlət məktəbləri yəqin ki, istəyəcəklər riyaziyyat təhsili. Ancaq, yaxşı bilirsinizsə dediyiniz kimi nəticələr də yaxşıdırsa kursların sizi işə qəbul etmə ehtimalı da var. Kurslara müraciət edin görün nə deyirlər. Bu arada, siz də müəllimsiz, müəllimlər günü münasibətilə təbrik edirəm :) Uğurlar sizə.