Mobil proqramlaşdırmaya hansı dildən başlamalı

Salam. Mobil proqramlaşdırmaya hansı dildən başlamağın daha yaxşı olduğunu bilmək istərdim. HTML, CSS, JavaScript və PHP-ni bilirəm. Bu dilləri bilməyimin mobil apilkasiya yaradarkən nə kimi üstünlüyü ola bilər? Məslən mən, music player tipli apilkasiya hazırlamaq istəıyirəm, bu tip apilkasiyaları hazırlamaq üçün hansı dilləri öyrənməyim kifayət edər? Şablondan istifadə etməyi sevmirəm, dizayna xüsusi önəm verirəm. İstəyirəm hər bir şeyi 0-dan özüm hazırlayam. Məsləhət verən olsa sevinərəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Şükür Hüseynov (2019-10-18 11:31:24)
Salam Delphi və C++ Builderin son versiyalarında mobil proqramlaşdırma mümkündür. Mən istifadə etmişə həqiqətən çox superdir, həm android üçün hazırlamaq olur, həm İOS. Həm də çox rahat mühitdir. Belə özü bahadır, amma, 1 aylıq trial variantın yükləyib işlədə bilərsiniz. https://www.embarcadero.com

Software Developer (2019-10-15 17:01:08)
React Native ilə maraqlanın. Sizin bilgilərinizə uyğun ən qısa yol bu görünür. React Native həm İOS həm Android dəstəkləyir, JavaScriptin törəməsidir(təbii ki, çox çox çətinləşmiş halıdır, bəsit confirm, alert komandaları yox). Ona görə də məncə React Native ilə başlayın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

MSConfig Android

android smartffonlar üçün ən yaxşı antivirus hansıdır?

Android telefonda proqram təminatını yeniləmək

android üçün BBM

Android-də, setOnClickLisListener

Android proqramları özbaşına yüklənməsi