Vördpress tərcümə

Hamıya salam. Vördpress üçün qoşma olmadan saytı necə çoxdilli sayt etmək olar ? Qoşma olaraq wpml bahadı və illik yenilənmə xərcləri də var. Vördpress üçün çoxdilli sayt işlərini necə aparmaq olar ?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2019-10-16 20:48:02)
o artıq istifadə problemidir. xüsusi olaraq sizin saytın temasından və ya digər konfiqurasiyadan ola biləcək problemdir, ki araşdırılıb həll edilməlidir, nəinki nəticə çıxarmaq ki bu plugin işə yaramır

murad hamid (2019-10-16 20:33:56)
Mende saytda hec plugin bele qosulmamisdi Ancaq polylang ile sehife icerilerinin problemi oldu. Məsələn bir səhifədə azərbaycan dilindən ingilis dilinə tərcümə edirsən - iki səhifə yaradır Ancaq azərbaycan dilində olan məzmun itir və hər iki səhifədə ancaq ingilis dilində material qalır Bunu necə həll edəcəyimi bilmədim Ona görə yazdım Niyə elə problem olur anlaya bilimirəm

E. Hacı (2019-10-16 20:21:45)
Yox niyə ki. Olur polylang ilə bütün tərcümə. Laravel ilə uğurlar

Software Developer (2019-10-16 20:20:53)
Polylang-da hər şey tərcümə olunur həm məzmun həm də elementlər.

murad hamid (2019-10-16 20:18:18)
Təşəkkür edirəm Sadəcə polylang menu adları, səhifə başlığı tərcümə olunur. Ancaq səhifədə olan məlumatlar tərcümə olunmur. Yəqin ki Polylang sinxronlaşdırmada problemlər var. Ancaq düz deyirsiniz Laravel öyrənməyə artıq başlamaq lazımdır. Çox sağ olun cavablarınız üçün

E. Hacı (2019-10-16 20:13:11)
WordPress ile etmək ən rahatidir, polylang plugini ilə məsələn . Framework ise ayrı mövzudur, nə dərəcədə sizə uyğun gələr onu bilmirəm. Amma içlərində laravel məsləhətdir. Codeigniter bir az geri qaldı trendden son 6-7 ildə

murad hamid (2019-10-16 19:53:21)
Sizə təşəkkür edirəm cavabınız üçün. Belə subdomain və subdirectory şəklində olur. Ancaq belə vəziyyətdə yəni 4 dil üçün Joomla işlətmək Sizin fikrinizcə necə olar ? Ya da Codeigniter və yaxud da Laravel hansına başlamağı məsləhət bilərdiniz ?

E. Hacı (2019-10-16 19:38:22)
Multisite network edib hər dil üçün sub site yaratmaq olar. Bu halda tema, pluginler hamsı eyni qalır, iki ayrı sayt kimi işləyir. Tam olaraq vahid admin paneli olan çoxdilli sayt isə WordPressin özündə yoxdur, plugin lazimdir. Polylang free version kifayət qədər yaxşıdır və bütün lazımi işləri göre bilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress’de aliş-veriş ayti açmaq istəyirəm

WordPress Tema

WordPress yazısını embed etmək

WordPress fatal error

wordpress’də upload limiti

ubuntuda wordpress qurmaq