Amazon hesabımdan pul çıxarmaq

Salam dostlar Amazonda e-kitab satmaq istəyirəm.Bunun üçün lazımi bütün qeydiyyat işlərini tamamlamışam.Bütün qeydiyyat məlumatlarım təsdiqlənib:vergi,bank və s.(bank hesabı üçün payoneer.com-dan qeydiyyatdan keçmişəm).Hər şeyin qaydasında olduğunu yoxlamaq üçün formal bir e-kitab qoydum satışa və yoxlamaq məqsədilə aldım.Amazonun öz statistikasında e-kitabın alındığını və pulun ödəndiyini yazır ancaq pul bank hesabıma köçməyib.Bu haqda məlumatı olan var mı?Pulun bank hesabına köçməsinin gecikməsi normal haldır?və ya bunu hansısa yolla özüm etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Mövlud Ahmedov (2019-10-21 16:02:41)
Dostlar özüm sualımın cavabını araşdırıb cavab tapdım.Burada yazıram ki, eyni problemlə qarşılaşan şəxslərə kömək olsun Deməli amazon kdp-də belə bir şey varki,əgər siz amazonda e kitab satırsınızsa sizin hesabınıza pul 60 gündən sonra ötürülür(kitab satışa çıxdığı aydan).