Salam, Azərbaycanda kitap çıxartmaq işi necə olur. Qrup yoldaşım var, Valideyinlərindən biri Türk digəri Azərbaycan vətəndaşıdır. Qrup yoldaşımda Azərbaycan vətəndaşıdır. Uzun müddətdi kitap yazırdı birneçə aydı bitirib ama çap etdirmək üçün heçbir məlumatı yoxdu. Özünün dediyinə görə Türkiyədə kitap verilir nəşrevinə ordan qramatik səhhvlər tapılır və kitap tamamən oxunub bütün yazım xətaları araşdırılır düzəldilir. Bu müddət 3-5 ay çəkir dediyinə görə. Kitapı çap etmək, satışını reklamını təşkil etmək Nəşr evlikdi. Kitapın satış qiymətinin isə sadəcə 10%i yazara ödənilir. Yəni 10 manat qiyməti olan kitapdan sadəcə 1 azn yazara ödənilir. Mənim bu mövzuda anlayışım yoxdu ama sizdən bəlkə bilən olar deyə bura yazıram. Azərbaycanda Türk dilində yazılmış bir roman kitabın çapı necə olur eləbir qurum varmiki kitap yoxlanılsın vəya bu məlumatları kimdən ala bilərik. Zəhmət olmasa bilənlər yazsın.
Öncədən təşəkükrlər…
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Eyni prosedur burada da keçərlidir.
Kitab satışında müəllifə 10-20% qalması ilk baxışdan absurd dərəcədə haqsız görünsə də, reallıq budur.
Çünki kitabı dərc edib distribusiya etmək, satışını etmək hədsiz ağır işdir və müəllif özü bunu bacara bilmir. Ona görə də satışda olan kitabı
fiziki bir məhsul olaraq nəşriyyatın malı olaraq düşünün – yəni məhsul onların məhsuludur. Sadəcə içində yazılan yazıların mətninin müəllifi filankəsdir deyə o müəllifə komissiya ödəyirlər bir növ.
yanaşmanı belə edəndə hər şey aydın olur və absurd olmadığı görünür. qısacası satışda gördüyümüz kitablar müəllifin yox, nəşriyyatın kitablarıdır, müəllifə sadəcə müəlliflik hüququna görə faiz ödənilir.
Gogole-dan telefon və ya facebooklarını götürüb əlaqə saxlayacağınız bir sıra nəşriyyatlar var: TEAS Press, Qanun, Şərq-Qərb və.s.
Əlaqə saxlayın görüşün şərtlərlə tanış olun. Bir də nəzərə alın ki, bir kitab dərci üçün riski siz yox onlar edir deyə hər kitaba HƏ demirlər, əksəriyyətinə imtina cavabı verə bilirlər. təbii, bu zaman fərqli şərtlər təklif edilə bilir – məsələn müəllif deyir ki bütün nəşr xərclərini özüm ödəyirəm, əvəzində faizimi bir qədər artırın və satış şəbəkəsini təşkil edin (dükanlara paylamaq və.s.)
Sual verin
Cavab verin