Vergi ve Sosial

Salam hər kəsə. mən sayt acmisam ela sayti hele yenidir ödəniş dimey olarki olmur ama yenede gedib VOEN acdirdim online ödəniş qurmaq üçün. Sadece bir iki qaranliq mesele qaldi didim Vergilere zəng etmemis burda sorusumki danisanda az çox melumatim olsun. Dimeli saytdan gelen geliri qeyd edende hansı bendi secmeliyem? və voen vereqesini almisam saytin adını hardansa qeydiyyatdan kecirmeliyem ya buna ehtiyac yoxdu? sadece gelen pulu yazicam? və bunu 3aydan bir edicem uoxsa hər ay? Ve ən esas gəlir 0manat olsa yəni olmasa və bunu bos hesabat kimi gondersem vergi vermirwm mence bes sosial.necə onuda odemirem elə olanda? ya onu hər ay odemeliyem? və o nə qədər olur? birde məsələn saytda pulu voen hesaba gondermeyen bir ödəniş qurmusam bunuda ama vergini odeyende qeyd etmiwem gelen gelirini və odemisem o problem olmazki? indiden təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

sadiq.ziyadov (2019-10-21 20:46:25)
Tesekkur edirem Elvin bey.

E. Hacı (2019-10-21 20:45:15)
vergi açılıbsa artıq gələn rübün əvvəli hesabat verməlisiniz oktyabr noyabr dekabr üçün. 1 gün açıq qalıbsa belə. Gəlir olmadığına görə boş hesabat göndərilir bu halda. Amma göndərilməlidir. Sosial tərəfini isə dəqiq bilmirəm. Fikrimcə 1 ay ödənməlidir belə olan halda.

sadiq.ziyadov (2019-10-21 20:39:08)
Tesekkur edirem Elvin bey cox boyuk yardim oldunuz. 2-3gundu acdirmisam Voeni sabah meselen dondursam 1ayi odeyecem artiq? ki sayti tam hazir edim sonra acaram. Yoxsa dondursam sabah hecne odemeyecem Vapse.? bu son sualdi 😅

E. Hacı (2019-10-21 20:37:16)
Hər ay üçün ödənilir, istəyirsiz 3 ayda bir ödəyin 3 ay birdən, istəyirsiniz hər ay. Sosial gəlirdən asılı olmadan ödənilir. Gəlir olmayan dövrdə VÖEN hesabını dondura bilərsiniz, o halda bəli ödəmirsiniz.

sadiq.ziyadov (2019-10-21 20:22:34)
Beli menede evvel ele dimisdiler 195e zeng etmisdim lakin bugun yene zeng etdim didiler xeyr gelir olmuyanda onura odemirsiz. Bes 50azn her ay odenilir? ya oda 3aydan bir? ve birde menim gelirim yoxdusa onu nece odeyim?nie odeyim? ve birde Elvin bey zehmet olmasq bunada cavab verin VOEN dondursamda onu odemeliyem?

E. Hacı (2019-10-21 20:20:31)
Sadələşmiş vergi ödəyicisinizsə - dövriyyəyə (oborot) görə vergi ödəyirsiniz. Yəni 10 manat gəlib 10 manat da iş xərci olubsa, vergi ödəyirsiniz. Gəlir vergisi ödəyicisinizsə, o halda gəlirə görə vergi ödəyirsiniz, dövriyyəyə görə yox. Amma heç pul daxil olması yoxdursa, bəli, heç bir halda ödəmirsiniz. Sosial isə hər bir halda ödəyirsiniz. Minimum əmək haqqı son aylarda artıb deyə, düstura əsasən aylıq sosial ödəniş də artıb. Bir neçə ay əvvələ qədər 26 azn filan ödənilirdi, indi səhv etmirəmsə 50 azn oldu aylıq. (minimum əmək haqqının 25%-i)

sadiq.ziyadov (2019-10-21 20:15:14)
Olari Basa dusdum Elvin bey. sadece bilmek isterdimki gelir olmasa vergi odemirem ve sosialida odemirem? ya o gelie oldu olmadi odenmelidi?

E. Hacı (2019-10-21 20:13:58)
Salam. Bütün bunları öyrənmək belə sual-cavab ilə mümkün deyil. Məsələn mən 10 il əvvəl açanda özüm öyrənmişdim hamısını, amma çox uzun və zəhmətli iş oldu. Bütün məcəlləni filan oxumaqla. Üstəgəl onda indikindən qat-qat sadə idi. İndi xeyli əlavə şərtlər peyda olub son illər. Ona görə də belə sual verib cavab almaqla öyrənməniz mümkün deyil. Mütləq hansısa mühasibat şirkətinə müraciət edin, ya daimi onlar etsin sizin üçün bu işi, ya da ödənişli olaraq bir dəfə öyrətsinlər sizə. Özünüz də öyrənmək istəsəniz, buyurun, e-taxes.gov.az - bütün video demo-lar, qanunvericilik, step-step izahlar orada var. Çətin də olsa, hər şey var orda.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı sayt məsləhətdir

Notepad-də bütün kodlar işləyirmi?

Müxtəlif dillərdə sayt

wordpress.com çox gec açılır

domenim com hostingi necədir ? Sərf edir?

Bankdan vergi barədə mesaj