Telefon almaq

Salam. Belə bir mövzu maraqlıdı mənə. Mən telefon almaq istəyirəm(Xiaomi Mi A3). bəzi məşhur mağazaılarda(kontak, irşad ve.s) qiymətlə maraqlandım. Bunlarda qiymət 4/64 model ~550azn olur. 28dəki dükanda hələ gedə bilməmişəm amma saytdan baxanda təxmini eyni qiymət olur.(xiaominin Azərbaycan üçün rəsmi saytının hansı olduğunu bilmirəm, bir neçə sayt qarşıma çıxdı). Amma digər qeyri-məhşur mağazaların tap.az-da elanlarında qiymətlər 100-150 manat aşağıdır. Telefonun xaricdə satış qiyməti ortalama ~165-170 dollardı.(~280-290 azn). Mənə maraqlıdır ki yerli mağazalarda qiymət fərqi nəyə əsasən olur və ucuz yerdən alsam telefonun saxta olma ehtimalı varmı? və ya xaricdən alsam daha məsləhətli və ucuz olar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2019-10-23 17:06:11)
Bu normal haldır. Əlbət ki, hər dükan özünə sərf edən qiymətə satır. Elə dükanlar var ki, 50 manat da baha satır ama əvəzində başqa bir xidmət göstərir (servisi nəzərdə tuturam) Şəhərdəki dükanlar hər şeyi baha satırlar. Adicə mənim 45 manata satdığım bir cihaz kontakt mağazasında 80 manatdır. Eyni məhsulu satırıq ama 2 dəfə fərq var. Bunun bir neçə səbəbi var. Sizə məsləhətim bilginiz varsa çindən sifarişlə alın, artıq pulunuz varsa əziyyət çəkmədən gedib yerli dükanlardan alın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı telefon daha yaxşıdır?

Xiaomi Redmi Note 5A

Xiaomi 3c istifade edirem xiaomi 4c routerine keçmeliyem aralarındaki fərq nədir?

Xiaomi hybrid qulaqcıqlarını hardan ala bilərəm?

Xiaomi Telefon qeydiyyatı

Xiaomi ilə bağlı