Payoneer ucun azerbaycanda elave hesab acmaq.

Salam zəhmət olmasa mənim sualima cavab vererdiz.mən payoneer üçün azerbaycanda kart hesabi acmaliyam.sizce kapital bankdan visa electron karti alim yoxsa visa classic?birde kart i goturende deyim kartimin rekvizitlerin versinler?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2019-12-04 18:32:32)
Bakı və rayon fərq etmir bəli. Eynidir ikisində də qaydalar. Gəlsə gəlir gəlməsə gəlmir. Pullu göndəriş barədə isə cavablar.net saytında Payoneer yazaraq axtarıs edib çoxlu cavablar oxuya bilərsiniz.

Nergiz95 (2019-12-04 16:46:46)
[code][/code]ferq etmir deyirsiz ancaq men dunen oxudum butun payoneer haqqinda eger30$ odemesem kart 1 aydan gec gelir daje ele olurki hec gelib catmirda.eger men30$ odesem menim evime qeder getirerler?birde yazardizda zehmet olmasa odeniw olunsa tam olaraq nece gune gelirse.

E. Hacı (2019-12-04 10:08:55)
rayon Bakı fərq etmir

Nergiz95 (2019-12-04 01:30:55)
Men payoneer hesabini rayonnan acsam,orada rayonun poctunu,yawadigim ev unvanini yazsam kartim geler yoxsa Bakida gerek qeydiyyatdan kecim?

Nergiz95 (2019-10-26 13:06:32)
çoox sagolun məlumatlandırdığınız üçün😊 mən indi gerek kart zakas eleyim o gelennen sonra payoneer üçün qeydiyyatdan keçim.bele alınmır.

E. Hacı (2019-10-26 12:44:17)
Rekvizitləri dərhal almaq mümkündür. Hətta kartı götürmədən əvvəl belə hazır olur. Siz banka gedib kart sifariş edəndə xahiş edin ki, kartın bağlı olduğu hesabın rekvizitləri sizə indidən lazımdır, deyin ki məsələn, xahiş edirəm hesabı elə indi yaradıb rekviziti çap edib mənə verin - kartı da neçə gün sonra hazır olarssa gəlib götürərəm. Operator həmin vaxt hesabı yaradıb rekviziti print edib vərəqdə sizə verə bilər. Operator bunu etmək istəməsə, o zaman bir neçə gün səbr edib kartı alanda istəyə bilərsiniz. bir vərəqdə çap edib verəcək. adres1ve adres2 - biri rayon, qəsəbə və.s. kimi şeylər yazılır (məsələn 7-ci mikrorayon), digəri isə dəqiq ev (bina 20 mənzil 34 - ingiliscə sadəcə 20/34) poçt da sizə ən yaxın poçtun indeksi.

Nergiz95 (2019-10-26 12:10:31)
Cox sagolun cavabladiginiz ucun.dediyiniz kimi edecem.karti goturende rekvizitlerin isteyim he?eyni gun verecekler yoxsa bir nece gune? birde mən payoneer den qeydiyyatdan kecmek istəyirəm ancaq orada adres1ve adres2 yazilib.mən öz yaşadigim yerin adresin yazim yoxsa poctun adresin?cunki orada2 adres isteyir və birde poct kodu

E. Hacı (2019-10-26 11:37:59)
Heç bir fərqi yoxdur. Hətta kart hesabına gərək yoxdur, adi cari hesab (kartsız bank hesabı) belə bəs edər. Amma pulu banka getmədən çəkmək üçün əlbəttə ki, kart almaq yaxşıdır. Kartın tipi fərq etmir, valyutası USD olsun yetər.