Amerikada şirkət açmaqla Paypal-Stripe hesabı

Salam, saytda əlaqəli yazıların bir çoxunu oxudum çox dəyərli məlumatlar var, ancaq axtardığım cavaba rast gəlmədim. Mən əsasən Shopify üzərindən online ticarətlə məşğul olmaq istəyirəm. Bununla bağlı bir neçə ildir araşdırma da aparmışam və bir neçə də uğursuz cəhdim olub. Hər dəfə də ödəmə sistemlərində ilişmişəm. Belə ki, bildiyiniz kimi aparıcı ödəmə sistemləri Azərbaycana ödəniş qəbul etməyə icazə vermir (Paypay, Stripe, Shopify Payment və s.). Biraz araşdırdıqda bunların həlli kimi bir sıra dolayı variantlar göstərənlər var (başqa ölkədə hesab açmaq, vpn, stealth account və s.). Amma işə qaydalara uyğun başlamaq istəyirəm ki, sonra başım ağrımasın. Bunun üçün isə şirkət açmaq məsləhət görülürdü hər yerdə. Mən də biraz araşdırmayla, Amerikada Delaware ştatında şirkət açdım sonra isə EİN, adres, nömrə aldım, payoneer hesabı açdım. Paypal və Stripe- dan qeydiyyatdan keçdikdə SSN istədilər ora isə EİN-in son 4 rəqəmini yazdım (0000-ı qəbul etmədi). Ancaq kimlik doğrulaması istədi Stripe. Şəxsiyyət vəsiqəmin scan-nı göndərdim qəbul etmədi. Özlərinə yazdım dedilər ki, şirkət olsa belə gərək ya şirkət sahibi ya da ortaqlardan biri Stripe-ın aktiv olduğu ölkələrdən birinin vətəndaşı olsun. Paypal verified eləmişəm bank hesabı ilə, ancaq hələki kimlik təstiqi istəməyib yəqin ki biraz pul axışı olsa istəyəcək və hesabın bloklanma riski olacaq. Yəni bir sözlə hələki şirkətin heç bir köməyi dəymir mənə. Bu vəziyyətdə mənə nə məsləhət görərdiz? Hər hansı bir legal həll yolu var bu problemin yoxsa alternativ ödəmə üsullarına baş vurmaq lazımdır? 2checkout-dan başqa hansı ödəmə sistemini məsləhət görərdiz?

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtube Vergi barede komek

Bitcoin qazanmaq

Adsense ödənişi şikayəti

Dan brown’un yaratdığı Robert langdon kitablarını hansı sıralama ilə oxumalıyam?

Psixologiya ixtisas seçimi

Paypalda qeydiyyatla bağlı yaranan sual