Aliexpress den bir bank kartına 3 telefon almaq mümkündür?

Salam. Aliexpress den ayri ayri 3 nefer eyni bank kartını istifadə edərək telefon sifariş edərsə buna ayri dövlet rusumu tetbiq olunarmı?

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

Mamed93 (2019-12-04 19:51:11)
Bugün gettim aldim Azbaka dan telefonu hec bir problem olmadı hec kartın sahibinede baxmadı 10 deqiqeye yoxladı imza qoydum aldım. Çox sağolun kömək etdiyiniz üçün

E. Hacı (2019-12-03 18:08:16)
Mənşəyi haqda - o elə standart mesajdır. Hamıda o yazır. Yəni narahat olmayın. 28 metrosundan beş altı dəqiqəlik piyada yoldur. Səməd Vurğun parkı tərəf

Mamed93 (2019-12-03 12:52:46)
Menşeyi haqqinda sertifikat yoxdur yazmaqi bir problem yaratmaz? Cixarişi aldım sabah gedecem İnşaAllah. 28 maydaki PDM ye getmeliyem? 28 may metrosuna yaxındı?

E. Hacı (2019-12-02 19:54:53)
Getsəniz bəli dərhal alacaqsınız. Sənəd göndərəndə isə iki həftəyə kimi uzana bilir proses.

Mamed93 (2019-12-02 18:37:43)
Yada özüm getsem gettiyim gun ala bileremmi? Sabah gelin sonra gelin demezler?

Mamed93 (2019-12-02 18:24:28)
Telefon 9095 gomrukdedir yazır ki menşeyi haqqinda sertifikat yoxdur. Bugün Pdm zeng ettim dedilerki gomrukdedir dedim gelib goturmek isteyirem. Dedi ki gelmeye ehtiyac yoxdur senedleri gönderin gonderecekler. Dedim ki kart yoldaşımın adınadır dedi heç bir problemi yoxdur nikah şehadetnamesine ehtiyac yoxdur. Sizce gondersem neçe güne geler?

E. Hacı (2019-11-06 13:37:21)
alınar. sadəcə fərqli adlar olacaq deyə çətin ki buraxalar məktubla. özünüz gedəndə məsələn izah edəcəksiniz ki kart sahibi həyat yoldaşımdır. məktubda isə iki ayrı adam adı kimi görünəcək deyə rahatca imtina edə bilərlər. məktubun içinə ŞV kseroksu qoyursunuzsa, məsələn nikah vəsiqəsi kseroksu da qoya bilərsiniz - bu qanunda filanda heç yerdə yazmayıb, sırf izah etmək baxımdan , köməkçi məlumat olar deyə deyirəm.

Mamed93 (2019-11-06 00:48:04)
Onda men ancaq PDM ye getmeli olacam? Senedleri poctla göndersem alinmaz?

Maqa (2019-11-05 20:23:36)
keçən ay getmişdim pdm-ə telefon götürürdüm təxmini telefonu 3 işçi verir, hərəsinin fərqli xasiyyəti var idi. Biri artıq neçənci dəfə idi alırdı orğu sual elədi ki, bəs tez-tez alma bu dəfə keçirəm gələn dəfədən rüsum esablıyacam. Mənə düşən işçi isə bir dənə aldığım halda qəribə-qəribə suallar verirdi mənə

E. Hacı (2019-11-05 19:10:20)
o halda şifahi izah etmək zərurəti çıxa bilər. Nikah haqda şəhadətnamə filan aparmaq olar məsələn. Ki başqa şəxs deyil kart sahibi. O halda rahatca həll etmək olar problemi.

Mamed93 (2019-11-05 19:07:20)
Teşekkür edirəm cavaba göre. Kart menim yoldaşımın adınadır. Rayonda yaşadığım üçün PDM de saxlanilsa özüm getmeli olacam ona göre öz adıma sifariş vermeliyem. Tek bir telefona problem olarmı?

E. Hacı (2019-11-05 17:41:39)
Adi əşya alanda hansı kartla alındığına heç kim baxmır deyə fərqli adamın adına alıb gətirirlər. Amma telefonlar saxlanılır və bank çıxarışı ilə buraxılır deyə(cəmi bir dənə də alsanız belə yenə saxlanılır və sənədlə buraxılır) bu zaman alarkən təhvil verən işçi rahatca görə bilməlidir ki, bank çıxarışında yazılan şəxsin yox, fərqli şəxsin adına alırsınız - bu da o deməkdir ki, telefonların yalnız 1ni ala bilərsiniz normal yolla, digər ikisi üçün tam gömrük rüsumu ödənməlidir. Telefon məsələsi həssasdır, sui istifadə və qanunsuz alveri geniş yayılıb deyə. Ona görə də sırf telefonda bir şəxsin kartı ilə bir dənə alınmalıdır bir dəfəyə. Əks halda böyük ehtimal rüsuma cəlb ediləcək.

Mamed93 (2019-11-04 22:29:06)
Adi bağlamalar da kart ve vesiqe ferqli olsa da alırdım, telefon olduğu üçün eyni olmalıdı? Onda 2 telefon birden sifaris etsem nece olar kart sahibinin adina? Hemde ki qanun ile deyilmi?niye işçilerden asılıdır?

Maqa (2019-11-04 20:13:33)
kart və vəsiqə eyni adamın adına olmalıdır. Dediyiniz baş vermə ehtimalı orada çalışan işçilərdən asılıdır, rüsum tətbiq edilə də bilər, edilməyədə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gomrükdən icazə.

Dərzi Atelyesi aşmaq barəsində yardım

sürücülük vәsiqәsi

Türkcə ticarət saytı

Gömrük 36% ödənişi

Ebayda gələn malın vaxtını tezləşdirmək