Komputer detalları uyğunluğu və tövsiyyə

Salam. Əsas olaraq bu sistemin uyğunluğu haqqında fikir almaq istəyirəm. İlk dəfə komputer toplayacam amma 1 həftə ətraflı araşdırıb bu detallara qərar vermişəm. Prosessor və video kartaya üstünlük vermək üçün digər detalların büdcəsindən kəsmişəm. Amma yenə də öz qiymətlərinə görə ən yaxşıları seçməyə çalışmışam. Sistemin əsas məqsədi məqsədi oyun və hobbi səviyyəsində 3D, 2D dizayn və proqramlaşdırma olacaq. Detalların uyğunluğu və büdcəni çox oynatmamaq şərtilə fərqli tövsiyyələrinizi eşitmək xoş olardı. Video kart - Msi 1660 ti 6gb Prosessor -AMD Ryzen 2600x Plata - MSI ProSeries b450 m pro vdh SSD - ADATA SU800 128GB  HDD - wd blue 1tb 7200 rpm Ram - XPG Z1 3000 mhz Qida bloku - Thermaltake SMART 600W 80+ Keys - AeroCool Mechatron

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Zakir Ferhad (2019-11-10 16:34:36)
2600x üstündə cooler ilə gəir. Hər yerdə kifayət qədər yaxşı olduğu yazılmışdı. 1660ti və 1660s arasında özüm də qərarsızam. Digər yazdıqlarını da büdcəyə görə dəyərləndirəcəm. Təşəkkür edirəm məsləhətin üçün.

Rehim 555 (2019-11-10 15:04:36)
birde ssd m2 nvme olsa suretli olacaq sata ssdden

Rehim 555 (2019-11-10 15:01:33)
prosessor 2600adi olsa daha yaxsi olardi budce cehetden 1660ti yerine 1660super hdd seagate daha yaxsidir cache coxdur deye suretli isleyir bloku thermaltake yerine seasonic veya evga meslehet bilerdim plata b450dise asus tuf gaming olsa ela olar ram pul catirsa 3800mhz olan al azdirsa 3600 oda olmursa duse duse get

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

2x GTX 780Ti vəya GTX 690 SLİ

Video kart DDR5 mənim ana platamda işləyəcək?

En güclü RAM-a sahib olan telefon?

RAM Seçmək

Videokarta uyğun oyunlar

Bit və RAM artırmaq