Quşlar haqqında maraqlı sual

Nəyə görə elektrik cərəyanı üzərində olan quşları elektrik vurmur.Xahis edirəm cavablandırın.Mən cavabını bilirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

ahmed (2019-11-13 08:28:00)
Doğrudu, keçiricilik mühüm şərtlərdən biridi, amma məhs bu hal üçün əsas məsələ quşun hər iki ayağının birləşdiyi nöqtələr arasındakı potensiallar fərqinin 0 olmasıdır. İnsan da quş kimi iki əli ilə naqildən (aha faza) sallansa onu da cərəyan vurmaz(qətiyyən yoxlamayın). İnsanı adətən yer ilə(0 potensial) təması olduğuna görə cərəyan vurur.

Software Developer (2019-11-12 12:28:50)
Elektrik cərəyanı ən yaxşı ötürülülə bilən yer haradırsa ora ilə axır (yağış sonrası suyun arxlarla və ya yolun dibi ilə axmasını düşünün - fiziki qanunlara görə özünə ən uyğun yer haradırsa ora ilə axır). Quşun ayağı elektriki çox pis ötürür deyə elektrik cərəyanı öz marşrutu ilə axmağı "üstün tutur". İnsanı niyə vurur bəs sualının cavabı da buradan çıxır - insan bədəni naqildən daha yaxşı elektrik keçirir deyə. bir də bu o demək deyil ki quşu elektrik vurmaz. əgər iki xətt (nol-faza) arasında uçsa və o xəttləri birləşdirmiş olsa bədəni ilə, dərhal gəbərib gedəcək. :)

Şükür Hüseynov (2019-11-12 09:10:52)
Deyəsən iki ayağını da naqilə qoyanda quş artıq keçirici rolun oynayır ))