Telefonda deffekt tapılıb, mağaza telefonu geri qəbul etmədi.

Mağazadan alınan telefonda həmən gün ekranda deffekt tapdım, sensorda bəzi hissələr pis reaksiya edir, bir neçə dəfə basmaq lazım olur. Men başqa telefon işlədirdim və bu yeni alınan telefon qutuda idi, deffekti tapandan sonrada qutuya geri qoydum
Axşam aldığım üçün mağaza artıq bağlı idi və sehersi getdim ora. Dedilər telefona baxmaq lazımdir. Məni dəvət etmədən telefonu apadılar bir otağa , sonra çıxıb dedilər ki telefonda çızıq var arxasında və giymətdən 30% istədilər dəyişməyə. (Bəlkə bilərəkdən özləri cizdi ele ?)

Razılaşmadım.. Yenə gondərdilər analizə başqa yerə. Telefonun üzərinə işıq tutub, lupa ilə baxırdılar və çızıq olduğunu soylədilər hansıki gözlə baxanda heç bir cızıq görmürdüm.

Kontakt Home şərtlərnə görə telefonu 14 gün ərzində qaytarmaq və ya dəyişmək olar. Mən hec 1 gün işlətmədim və qutuda saxladım. + qızıl zəmanət almışam.

Sual: Burda kim haqlıdır və nə etmək olar bələ hallarda ??


Yadda saxlama
Kateqoriya: Sual . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(18:13, 13/11/2019 ) #76623

Salam. Təsvir etdiyiniz kimidirsə, sonadək gedib və məsələni xeyrinizə həll edin. Qızıl zəmanət var və telefona gözlə görülür cızıq yoxdursa, yenisi ilə əvəz etməlidirlər və ya cari telefondakı problemi həll etməlidirlər.

Əlinizdə zəmanətə aid hansı sənəd varsa onun şərtlərini diqqətli oxuyun və baş ofislərinə müraciət edin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:22, 13/11/2019 ) #76626

    Cavaba gore tessekur edirem. Magaza menecerine bildirdik amma imtina etdi. Ele 30% isteyirdi. Ne etdikse xeyri olmurdu. Deyir ciziq var olmaz. Alanda ozleri dediki 14 gun verilir deyismek ve ya qaytarmaq.
    Deffekt cixanan sonra ise deyirler 14 gun veririk amma ideal sekilde olmalidir. Bu telefon qutuda 12 saat qaldi evde hec sim taxilmamisdi. 14 gun verir, goresen bu muddeti kimse telefon isletse, o hec ideal qala biler mi ))

    Gerek magazanin adini silmiyerdiniz, bu sualim ve problemim insanlara komek olardi uzaq dursunlar ordan ve ya gedseler de islerini bilsinler, qabaqcadan sorusunlar her seyi. Siz gorerdiniz servisde ne geder millet var orda ve heckim komek etmir musterilere. 🙁

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:26, 13/11/2019 ) #76629

      Mağazanın adı silinməyib, sadəcə təkrar təkrar yazılması redaktə edilib.

      Yenə deyirəm , sizdəki vəziyyəti tam olaraq bilməmiz mümkün deyil, önəmli olan hansısa detal unudulmuş da ola bilər sualın mətnində – amma məhz siz deyən kimidirsə və əlavə heç bir önəmli fakt yoxdursa, şəxsən sizin yerinizdə olsam haqqımı sona qədər qoruyub ya yenisi ilə əvəz etdirərdim, ya da pulu geri alardım. israrla davam etsəniz və haqlı tərəf isəniz, bu məsələni xeyrinizə həll edə biləcəyinizi düşünürəm

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:15, 13/11/2019 ) #76632

    Xeyr her sey ele yazdigim kimidir. Ekranda deffekt oldu sehersi apardim, dediler evvel yoxlayaq ki hersey yaxsidir. Apardilar geldiler ki ciziq var deyise bilmerik.Yalniz 30% odemekle mumkundur. Telefona baxandada Isiq+ lupa ile baxirdilar :))
    Imtina elediler ve oz isleri ile mesgul olmaga basladilar. Hemen magazanin qaynar xetti var ora zeng etdim eyni seyi deyirler robot kimi. Axirda yoruldum bos verdim. Sadece bilmek isteyirdim bele hallarda ne etmek qanunla.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:05, 16/11/2019 ) #76649

http://www.consumer.gov.az/ müraciət elə ətraflı məlumat al özlərindən köməklik göstərəcəklər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:53, 24/11/2019 ) #76721

Vitrdindəki malı almısınızsa cızıqlar ola bilər onu əsas göstərin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:00, 17/01/2020 ) #77069

İstehlakçıların Hüquqlarının Qorunması Xidmətinə müraciət edin. Məndə bir dəfə Kotonda problem olmuşdu, müraciət elədim. 3 gün sonra zəng eləyib məhsulu dəyişdilər :).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (1 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (9 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (28 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (35 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (40 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (49 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (53 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (55 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (55 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (57 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (63 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (63 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (63 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024