Telefonda deffekt tapılıb, mağaza telefonu geri qəbul etmədi.

Mağazadan alınan telefonda həmən gün ekranda deffekt tapdım, sensorda bəzi hissələr pis reaksiya edir, bir neçə dəfə basmaq lazım olur. Men başqa telefon işlədirdim və bu yeni alınan telefon qutuda idi, deffekti tapandan sonrada qutuya geri qoydum Axşam aldığım üçün mağaza artıq bağlı idi və sehersi getdim ora. Dedilər telefona baxmaq lazımdir. Məni dəvət etmədən telefonu apadılar bir otağa , sonra çıxıb dedilər ki telefonda çızıq var arxasında və giymətdən 30% istədilər dəyişməyə. (Bəlkə bilərəkdən özləri cizdi ele ?) Razılaşmadım.. Yenə gondərdilər analizə başqa yerə. Telefonun üzərinə işıq tutub, lupa ilə baxırdılar və çızıq olduğunu soylədilər hansıki gözlə baxanda heç bir cızıq görmürdüm. Kontakt Home şərtlərnə görə telefonu 14 gün ərzində qaytarmaq və ya dəyişmək olar. Mən hec 1 gün işlətmədim və qutuda saxladım. + qızıl zəmanət almışam. Sual: Burda kim haqlıdır və nə etmək olar bələ hallarda ??

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

muradbagiyev (2020-01-17 21:00:02)
İstehlakçıların Hüquqlarının Qorunması Xidmətinə müraciət edin. Məndə bir dəfə Kotonda problem olmuşdu, müraciət elədim. 3 gün sonra zəng eləyib məhsulu dəyişdilər :).

Tamerlan Mammadov (2019-11-24 18:53:06)
Vitrdindəki malı almısınızsa cızıqlar ola bilər onu əsas göstərin

neo13 (2019-11-16 00:05:57)
http://www.consumer.gov.az/ müraciət elə ətraflı məlumat al özlərindən köməklik göstərəcəklər.

NONANE (2019-11-13 20:15:10)
Xeyr her sey ele yazdigim kimidir. Ekranda deffekt oldu sehersi apardim, dediler evvel yoxlayaq ki hersey yaxsidir. Apardilar geldiler ki ciziq var deyise bilmerik.Yalniz 30% odemekle mumkundur. Telefona baxandada Isiq+ lupa ile baxirdilar :)) Imtina elediler ve oz isleri ile mesgul olmaga basladilar. Hemen magazanin qaynar xetti var ora zeng etdim eyni seyi deyirler robot kimi. Axirda yoruldum bos verdim. Sadece bilmek isteyirdim bele hallarda ne etmek qanunla.

E. Hacı (2019-11-13 18:26:32)
Mağazanın adı silinməyib, sadəcə təkrar təkrar yazılması redaktə edilib. Yenə deyirəm , sizdəki vəziyyəti tam olaraq bilməmiz mümkün deyil, önəmli olan hansısa detal unudulmuş da ola bilər sualın mətnində - amma məhz siz deyən kimidirsə və əlavə heç bir önəmli fakt yoxdursa, şəxsən sizin yerinizdə olsam haqqımı sona qədər qoruyub ya yenisi ilə əvəz etdirərdim, ya da pulu geri alardım. israrla davam etsəniz və haqlı tərəf isəniz, bu məsələni xeyrinizə həll edə biləcəyinizi düşünürəm

NONANE (2019-11-13 18:22:31)
Cavaba gore tessekur edirem. Magaza menecerine bildirdik amma imtina etdi. Ele 30% isteyirdi. Ne etdikse xeyri olmurdu. Deyir ciziq var olmaz. Alanda ozleri dediki 14 gun verilir deyismek ve ya qaytarmaq. Deffekt cixanan sonra ise deyirler 14 gun veririk amma ideal sekilde olmalidir. Bu telefon qutuda 12 saat qaldi evde hec sim taxilmamisdi. 14 gun verir, goresen bu muddeti kimse telefon isletse, o hec ideal qala biler mi )) Gerek magazanin adini silmiyerdiniz, bu sualim ve problemim insanlara komek olardi uzaq dursunlar ordan ve ya gedseler de islerini bilsinler, qabaqcadan sorusunlar her seyi. Siz gorerdiniz servisde ne geder millet var orda ve heckim komek etmir musterilere. :(

E. Hacı (2019-11-13 18:13:33)
Salam. Təsvir etdiyiniz kimidirsə, sonadək gedib və məsələni xeyrinizə həll edin. Qızıl zəmanət var və telefona gözlə görülür cızıq yoxdursa, yenisi ilə əvəz etməlidirlər və ya cari telefondakı problemi həll etməlidirlər. Əlinizdə zəmanətə aid hansı sənəd varsa onun şərtlərini diqqətli oxuyun və baş ofislərinə müraciət edin