Turizim Agentlikləri necə çalışır

Salam, Turizim agentlikləri necə çalışır? Yəni mənə ənçox maraqı ola turlar deyil hərhansı ölkə üçün satılan Biletlərdir. Məsələn mən Sadəcə Bileti bir agentlikdən 200 dollara görürəm biri isə 230 dollar. Yəni Kobudca desək Agentliklər bileti alıb üzərinə pul qoyub satmaqlamı məşğuldu?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ismayil (2019-11-18 18:29:09)
Başa düşdüm. Məlumat üçün çox təşəkkür edirəm. Minnətdaram

Software Developer (2019-11-18 18:28:10)
Təbii ki sata bilər. Bütün bunlarla hansısa turagentliye müraciət edib tanış ola bilərsiniz. Saydığınız şeylər elə turagentlikleri ayaqda tutan əsas şeylərdir. Onlar olmasa, 90%i batar

Ismayil (2019-11-18 18:26:22)
Dediyiniz anladım Amma bir sualda yaranıb məndə. Məsələn Hərhansı bir bayra vəya özəl günlərdə bildiyiniz kimi bilet qiymətləri yüksək olur. X tur agenti bileti 2 ay vəya 3 ay önceden daha ucuz rezev edib bayram öncəsi aviaşirkətdən daha ucuza sata bilərmi? Yoxsa rezev şirkət adına deyildə birbaşa birinə məxsus olmalıdı.

Software Developer (2019-11-17 23:18:44)
Xeyr, agentlik birbaşa aviaşirkətlərlə (və ya birbaşa aviaşirkətlərlə əməkdaşlıq edən özündən daha böyük turagentliklərlə) əməkdaşlıq edərək onlardan çox ucuza əldə edir bileti. Onlar da əhaliyə satılan qiymətə alsalar, heç kimə sərf etməz. Yaxın ölkələrə səyahətdə aşağı yuxarı eyni şey edir agentlik və ya birbaşa aviaşirkətdən bilet almaq. Amma uzaq ölkələrə gedəndə agentliklərlə getmək adətən daha sərfəli olur.