Ev Kupçası Asan xidmət

salam, ev alanda evi satan şirket alqı satqı müqaviləsi verir? və biz asan xidmətdə gedib adımıza asanlıqla keçirdə bilirik? melumatı olan yazsın. Teşekkürler.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2019-11-25 10:27:00)
mən gördüklərim özləri peçat ilə. bəlkə notarius ilə verən də var, bilmək olmaz

Tamerlan Mammadov (2019-11-25 02:38:55)
Bir sualimda var bu alqi satqi muqavilesi verilende notariusda tesdiq olunur? yoxsa ozleri pecat ile verirler?

Tamerlan Mammadov (2019-11-25 00:25:17)
Tesekkurler

E. Hacı (2019-11-25 00:24:38)
Asan xidmətdə hər şey rüsumladır və saytlarından rüsumları öyrənmək olar. və ya sabah dəstək xidmətlərindən yazıb soruşa bilərsiniz

Tamerlan Mammadov (2019-11-24 23:29:12)
Bəli görmüşəm müqavilə ilə satılanlardan.Yəni müqavilə ilə asan xidmətdən ada keçirtmək olur həmin alınan günü? çünki mənə elə dedilər asan xidmətə gedirsən və 100 150 manat alırlar sadəcə. Asan xidmət həmin gün verə bilir kupçanı? Belə deyiblərsə yəqin ki məndən də 2 3 min istəməzlər?

E. Hacı (2019-11-24 23:24:39)
Təbii ki verir. Və əgər o mənzillər tam rəsmi təhvil verilibsə, o halda müqaviləni götürüb gedib ASAN-dan kupça almaq olar. Bildiyiniz kimi, bir çox hallarda yeni tikililərdə faktiki yaşayış rəsmi təhvildən illər öncəsindən başlayır, ona görə də ilk bir neçə ili ev kupçasız olur. Yəqin elan saytlarında görmüsünüz, kupçası olmadan, müqavilə ilə satılan evlər. Elə olanda alqı satqı tikintini aparan şirkətin ofisində baş tutur. Şirkət evi alandan satanın adına keçirib yeni müqavilə verir. Və təbii ki qəşəng pul da alır buna görə. (2-3 min azn alan kooperativlər tanıyıram) Kupça olduqda isə bu proses olmur, birbaşa kupça ilə həll edilir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress gonderisde bahalasma?

Camex itirilmiş bağlama.

Mal sifarişi

zərbəçi olmaq üçün ballar nece olmalidir?

Aliexpress- telefon gomrukde qalib

eBay Satıcı ilə əlaqə