Xaricdən telefon sifarişi üçün daşıma şirkəti.

Salam dostlar. Mover.az xaricdən telefon gətirmədiyini deyir, telefon daşıması həyata keçirən hansısa bir şirkət bilirsiniz mi ? Qeyd: Amazon`dan almaq istəyirəm telefonu.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2019-11-27 23:43:35)
Əvvəllər gömrük icazə verməməyə başladı, ona görə dayandırdılar. Sonra isə gömrükdə hər telefon üçün bank ödənişi çıxarışının surətini də təqdim etmək lazım oldu, bu isə şirkətin gətirdiyi bütün malların həddən artıq yubanmasına səbəb olur deyə sərf etmir. Mover bir ara gətiridi, sonra gördü ki, telefona görə digər mallar da yubanır qalır, ona görə vaz keçdi. Yəni bu dəqiqə istəsələr gətirə bilərlər, amma sərf etmir

ultrAslan (2019-11-27 22:30:01)
Səbəb nədir ?

E. Hacı (2019-11-26 00:26:10)
hazırda heç bir daşıma xidməti bu işi etmir.