ebay dən məhsulların qiymətini aşağı salmaq

Ebay də baha olan məhsulu ucuz qiymətə necə almaq olar. Və ya çatdırılmanı pulsuz etmək olarmı?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Maqa (2019-11-30 12:23:27)
ebay və bənzəri saytlarda əksər satıcılar free shiping ilə işləyirlər, çatdırılma haqqını məhsulun üzərinə gəlib hesablayırlar. Camex ucuz ola bilər ancaq pulsuz deyil.

Ramzi Ibadov (2019-11-28 12:42:01)
Nəzərdə tutduğum çatdırılmanının pulsuz olması mümkündür? Çünki, eşitdiyimə görə Camex vasitəsilə çatdırılma pulsuz olur və ya daha ucuz olur,bu düzgün məlumatdır?

Maqa (2019-11-28 12:07:49)
həmin malın auksionunu tapıb auksiondan almağa çalışın, ya da 2-3 saatınızı sərf edib axtarışda olan bütün məhsullara baxın, düzdür ucuz bilmirəm nəyi nəzərdə tutursunuz, misal 1000 dollarlıq birm məhsulu 500 dollara almaq hardasa 1 faizdir, ama 5-10 dollar aşağı o qiymət üçün normal haldır. Mən bir malın ən ucuz olanını almışam dəfələrlə (40 dollarlıq malı 35 dollara) hər dəfə fərqli satıcılardan. İnanın düşdükləri hər dollara görə keyfiyyəti aşağı salırlar, məhsulun özündə olmasa da aksessuarlarında açıq aşkar görmüşəm bunu həmişə