İdeayada Düşüncə Pozğunluğunu Aradan Qaldırmaq

23 yaşımdayam dəhşət düşüncə pozğunluğu var.mənim yaşımda olan gənclər ev bina şəhər maşın və,dizayn edirlər,nələr düzəldirəm mən həmin şeylərin proqramını öyrənmişəm ideya düzəltməyə başlayanda başım qarışır o biri dizaynlar yadıma düşür başım stop olur,və illərim yox olur sonrada heçnəsiz ömrüm gedir,mənə və yaxud mşnim kimi gənclərə nəyi var ip ucu verin məsləhət verin neyniyək necə edək ki başımız qarışmasın,qeyd edimki mənim pis vərdişlərim yoxdu siqaret,araq,günümü kino_oyunan keçirmək yoxdu.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-12-02 22:43:24)
Əslində bu sualı verə bilmək, problemi bu şəkildə ifadə edə bilmək çox ciddi nailiyyətdir, buna görə də afərin düşür sizə. Problemin 50%-ndən çoxunu bununla həll etmisiniz əslində. Qalıb bircə son mərhələ, həlli reallaşdırmaq. Reallaşdırmaq üçün də bir qızıl qaydaya riayət edin - bir şeyin üstünə düşün və o sahədə ən yaxşılardan olmağa çalışın. Ən yaxşılardan olmadıqca başqa sahələrdən uzaq durun. Sonra uğurların necə zəncirvari şəkildə gəlib sizi tapdığınızı görəcəksiniz. İllər öncə bu sualda yazılan oxşar sözləri mənə deyib, daha sonra da qrafik və veb dizaynın üstünə düşüb öyrənib sonra da iş tapan, 2-3 yerdə işlədikdən sonra da əlinə düşən imkanlarla tədricən ixtisasını dəyişib indi çox yaxşı yerlərə gələn rəhbər işlərdə işləyən bir tanışım var. Yəni bütün bunlar gözümün önündə baş verdi bir neçə il ərzində. Davamlılıq əsasdır - israrla bir sahənin üzərinə düşmək. Gerisi asan məsələdir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Düzəltmək istədiyim şeyləri beynimdə canlandıra bilmirəm