Ünvanın təsdiqi

Onlayn ödəniş xidməti almaq üçün məndən fiziki ünvanın təsdiqini göstərən sənəd tələb edirlər ki həqiqətən də mən həmin ünvanda yaşayıram. Nümunə kimi işıq-pulu (electricity bill), qaz-pulu çeklərini göstəriblər, ama bildiyiniz kimi Azərbaycanda çekin üzərində ya ünvan ya ad-soyad olmur ona görə də onları göstərə bilmirəm. Başqa hansı sənədlərlə bunu təsdiqlədə bilərəm ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

faud47 (2019-12-10 09:41:12)
Tesekkur edirem. ASAN-dan arayis aldim.

Software Developer (2019-12-06 17:06:59)
Azersu çeklərinin üzərində olur. Mən son zamanlar ondan istifadə edirəm lazım olanda. Başqa alternativ JEK-dən arayış almaqdır həmin şirkətin adına. Bir az qəribə çıxa bilər, amma şəxsən mən illər öncə Skrill üçün almışdım elə. JEK yaşayış yeri sənədi verdi. VERİLİR qismində də SKRİLL yazdılar. Göndərdim qəbul etdilər. (maildə də izah elədim ki this is government issued document) - baxmayaraq ki Azərbaycan dilində idi. Əsas olan o idi ki üstündə möhür var idi, ad soyad və ünvan var idi.