NikoilKart-a güvənməkl lazımdır?

Salam. Banka pul qoymaq istəyirəm, üzərinə faiz gəlsin deyə. Bir çox bankda 36 ay pul saxlamalısan falan ki, 10% illik gəlir gəlsin. Ama keçən günlərdə Nikoil debet kartı ilə rastlaşdım. Qiyməti 1 manatdk və illik 10% gəlirin həlftəlik olaraq karta köçdüyünü idda edirlər. Bu karta güvənib içinə pul vurmaq olar? fikri olanlar və ya istifadə edənlər yazsa yaxşı olar.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2019-12-09 15:41:57)
Məndə var Nikoil kart. 1-ci günlər balansa uyğun 10%-in həftəlik miqdarını karta vururlar. Məsələn tutaq ki həftəlik ortalama 1000 manat durubsa kartınızda, bu illik 100 azn edir, həftəyə böləndə təxminən 2 manat edir (bir ildə 50 həftə olduğuna görə) - və bu məbləği də kartınıza vururlar. Üst limit 5000 azn-dir, ondan yuxarı faiz hesablanmır. Güvənmək deyəndə ki, kart balansı böyük məbləğ saxlamaq üçün deyil, pul xərcləmək üçündür, iri məbləğ üçün əmanət qoya bilərsiniz banklara. Bir də ki, Nikoil vəd etmir ki bu həmişə belə olacaq, yəqin ki müəyyən müddət sonra düşürəcək 5%-ə filan. Çünki o iri banklarda 3-5% olur bu məbləğ, heç kimdə 10% deyil Nikoildən başqa.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress gecikmələr :/ sifarişlə bağlı

Skrill’dən pul çıxartmaq

From.ae -dən iphone 6 plus 128 gb

Camex-lə noutbook almaq

Almali yoxsa From.ae

Ebaydan alınan telefonu geri göndərmək