Büdcəm daxilində ən yaxşı maşın

Salam. 12-13 min manata 2.5 matora qədər, 2000-ci ildən bu yana normal maşın axtarıram. Mercedes və Toyota modelləri maraqlı deyil. Özümün axtardığım modellər BMW 320 və 325, Audi A4 modelləridir, hələki tam yaxşısını tapa bilməmişəm. Digər modellər barədə nələr təklif edə bilərsiz? Təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2019-12-18 00:31:02)
O qiymətə ekonom və bakı üçün əlverişli olan opel astra 2005 dən yuxarı modellər, renault megane 2008 dən yuxarı dizel və ya benzin mühərriklər almaq olar. BMW-yə gəldikdə yaxşı 39 kuza almaq olar bu qiymətə.