SAZZ modemi geri götürmür

Mən 3 gün əvvəl sazz internetin ekonom paketinə abunə oldum. 199 azn-ə modem və 6 aylıq internet aldım. Müqavilədə yazırdı ki, abunəçinin hər hansı səbəbdən narazıçılığı varsa 14 gün ərzində 300 mb-ı keçmədən abunəliyi ləğv edib ödədiyi pulu geri ala bilər. Amma servis gəlib yoxlamalı və akt yazmalıdır. Mən də Biləcəridə evin hər yerində yoxladım maksimum 1 dəfə 4 mbs sürət aldım sonra o da düşdü aşağı 1-3 mbs arasında gedib gəldi. Zəng elədim soruşdum 233 mb istifadə etmişdim hələ. Bu gün usta gəldi. Bütün məlumatları öz proqramı ilə ölçdü atdı şəkilləri şöbə müdirinə o da cavab yazdı ki, akt yazma, əsas odur işləyir. Ustaya da nə qədər dedim dedi mənlik bir şey yoxdur. Usta gedəndən sonra bir də ölçdüm speedtest ilə dedim bəlkə düzəlib deyə ustanın proqramında çox göstərir. 0.90-1.3 arası sürət vardı. Sabah gedəcəm baş ofislərinə. İndi mənə maraqlıdır başqa bu hal ilə rastlaşan olubmu? Bunun yolu nədir? Sabah da qaytarmasalar məhkəməyə verməkdən başqa çarə qalmır deyəsən.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Zakir Ferhad (2019-12-24 17:27:59)
Sən dediyin uje başqa şeydi üst baş cırmaq. Bu gün getdim baş ofisdə ətraflı izah etdim satış şöbəsinə tapşırıq verdilər geri qaytarıb məbləği qaytardılar.

DozzaMarixuana (2019-12-24 09:29:53)
Özəl şirkətdi özü özünə hokka çıxardr Sazzda uji. Belə bacarsan can qurban bizim millət bunu tələb edir. Ged ofisə cır üstüvü başvı qışqrki vurma ay Allah öldüm :D elə etsən evinə uji usta yox ustalar gələcək .

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qusar Sazz Internet

Linux’a keçmək istəyirəm məsləhət verin

Sazz Haqqinda müelimata Ehtiyacım var

Sazz da problem var

Sazz istifadeçileri

Sazz wi-fi Router sazz-dan bashqa modemle istifadesi.