Xaricdən Azərbaycana pul köçürülməsi

Salam. Mənə xaricdən kiçik məbləğlərdə pul göndərirlər tez-tez. Western uniondan başqa hansı yolla daha az faizlə və rahat şəkildə pul qəbul edə bilərəm? Bolkart ishledirem.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Gunelabbaszade (2020-02-29 22:29:53)
Salam siz ne qeder pul itirirsiz bu yolla pul cixaranda?

muradbagiyev (2020-01-17 20:49:43)
Mən Payoneer hesabı açmışam. Ödənişi ora qəbul edirəm. Amma Azərbaycanda faiz tutduğu üçün Payoneer kart sifariş vemək yerinə, Kapital Bankda bir cari hesab, bir də USD kart hesabı açdırmışam. Kart hesabını da cari hesaba bağlamışam. Payoneerdən pulu transfer edirəm Kapitaldakı cari hesaba, kartla da mərkəzi filialdan çəkirəm. Kiçik məbləğlər üçün sərf edərmi, bilmirəm.

neo13 (2020-01-17 10:41:19)
Manatla əlbətdəki

Sahrab (2020-01-17 10:28:47)
salam bankomatdan çıxaranda rubl ilə çıxır yoxsa manatla?

İsrafil sadixov (2020-01-14 17:22:28)
Paysend adlı APP var o app vasitəsi ilə sizə card 2 card edə bilərlər. siz yalnız kartınızın nömrəsini müştəriyə göndərin onlar öz kartından sizin karta pulu köçürdəcəklər

KamilN (2019-12-26 19:19:21)
Bəs həmin hesaba dollarla pul köçürdə bilərlər? Tutaq ki kimsə 20 dollar köçürtdü. Onu manat kimi çıxarda bilərəm?

neo13 (2019-12-26 18:07:40)
Mən Yandex Denqi işlədirəm. Öz kartları var. Kartı alanda bakıya poçtla göndərillər evinə. Bakıda luboy bankamatdan heçbir komissiya ödəmədən pulu çıxartmaq olur. Tək mənfi tərəfi kartın Rus rubluyla olmasıdı. Rus pulunu manata çevirəndə 40-50 qəpik itirirəm hərdəfə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payooner Kartı ilə Atm de Pul nağdlaşdırma limiti.

Paypaldan pul çıxartmaq

PayPal qeydiyyat ZİP postal kod

Paypal təsdiqlənmə etdim, artıq hər şey hazırdırmı?

Paypal id nomrəmi necə oyrənim?

Paypal 2-qat pul tutub