Payoneer – AZN – nəğdləşdirmə

Salam. Zəhmət olmasa köməklik göstərin. Payoneer Debit kartıma 339 evro pul gəlib, yaxınlaşdım Kapital bankın bankomatına və 600 AZN pulu nəğləşdirmək istədim amma bankomatda çıxdı ki, ( с этой суммой операцию произвести невозможно). Bunu bilirəm 2.5 evro + 3.5% ümumi nəğdəşdirilən məbləğdən. Hesablamışam 600 azn çıxartmaq olur helə bir az pulda qalır kartda, amma bankomat 600 azn vermədi.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Vadim1990 (2020-01-02 23:14:41)
okey. Amma bir dəfə Kapital Bankın bankomatından çıxartmışam 50 azn. Kapital Bank dəstəkləyir bu kartları. Bildiyim qədər AZN üzrə limit 1000 azn qədər olmalıdır və dollar üzrə 200 $ səhf etmirəmsə. Sabah Express bankln bankomatında yoxlayaram. Çox sağ olun

E. Hacı (2020-01-02 22:53:26)
1. ola bilməz. 2. ola bilər. ola da bilər ki kapitalda bu tip kartlarla əməliyyat olmur. bunu öyrənməyin sadə yolu başqa bank bankomatı yoxlamaqdır 3. hər bankın öz limiti olur. bəzi bankomatlarda 250 USD limiti ola bilir. Bəzilərində 500$, bəzilərində 1000$, məbləğ daxil edərkən bu limit aşağıda yazır. bunu öyrənməyin sadə yolu başqa bank bankomatı yoxlamaqdır

Vadim1990 (2020-01-02 21:16:58)
Təşəkkür edirəm sizə cavabınıza görə. Dediyiniz kimi bir daha dəqiqləşdirdim (Payoneer mobile bankçılıqda), 339.50 evro pul var, balansda azalmayıb. 1. Ola bilermi ki, bu məbləğ kartda helə oturmayıb? 2 saat bundan qabağ (Payoneer mobile bankçılıqda) artıq bu məbləğ görsənirdi. 2. Kapital Bankın bankomatında özündə 600 azn pul olmaya bilər, ? amma belə olsa idi fikirləşiəm ki, yazılmalıdıki, bankomatda kifayət qədər məbləğ yoxdu, amma məndə isə yazıldı ki, ( bu məbləğlə əməliyyatın aparılması mümkün deyil ) 3. Ümumiyyətlə 600 azn bir dəfəyə nəğdləşdirilməsi mümkündürmü? bəlkə 500 azn sonra 100 azn nəğdləşdirim? Belə edəndədə artıq faiz tutulacaq, bunu etmək istəmirəm, bir dəfəlik çıxartmaq istəyirəm.

E. Hacı (2020-01-02 20:57:17)
1. başqa bankın bankomatında yoxlayın 2. balansınızı bir də yoxlayın görün doğurdan da 339 avrodurmu balans. (pul gəlməsi hələ balansa oturması demək deyil. və ya bəlkə kartın xidməət haqqı çıxıb balansınız azalıb və.s.)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

payoneer hesab açmaq

point blank badge

AzərPoçt axtarış

Vergi nece faizdir ?

Evin Sənədləşdirilməsi Necə Olur?

Adsensdən gələn pul bank hesabıma keçmədi