ABŞ-dan gələn naməlum zəng

Salamlar hamıya 06.01.2019-cu il saat 16:00-da +1 769-863-7320 nömrəsindən zəng gəldi telefonu götürdüm amma heç nə səs gəlmədi və əlaqə kəsildi təxmini 15 saniyə sonra. +1 ABŞ-ın kodudur və bu zəng Missisippi ştatından olmuşdur.Kiməsə bu nömrədən zəng gəlibmi və bu hal ilə rastlaşan olubmu?Qeyd edim ki ABŞ-da heç bir qohumum yaşamır və bu nömrəni də tanımıram

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Sahrab (2020-01-06 16:49:33)
Təşəkkür məlumat üçün elə siz dediyiniz kimi oldu elə bir neçə dəqiqə əvvəl +1-818-550-2566 bu nömrədən də zəng gəldi götürdüm fikirləşdim ki ingiliscə danışar amma azərbaycanca danışdı adımı da bilir hansısa dizayn şirkətindən zəng edirdi nəyisə bir az xışıltı oldu çox da yaxşı başa düşənmədim zəngi sonlandırdım

E. Hacı (2020-01-06 16:42:29)
Ignore edin. Əsasən spammer ve ya deleduzlar olur belə edən. Ya bir neçə dəfə zəng edib sonra reklam təklif edəcəklər (Azərbaycanli olurlar belə hallarda təbii ki, sadəcə virtual amerikan nömrəsi ilə), ya da əks zəng gözləyib sizin ona zəng etməyiniz halında balansınızı əridib cibinə qoyacaqlar.(one-call scam adlanır bu)