batereyaya necə qənaət etmək olar

salam.men kompüterimi yeni almışam.hp core i5 8265u 8ci nəsil.amma nəsə batereyası tez bitir məncə.3dəyqəyə 1faiz işlədir.100faizi neçə saata işlətməyinə baxmaq istəyirəm amma tapa bilmirəm ayarlardan.təqribən dayanmadan işlədəndə 5-6aat yarım arası işlətmək olur.sizcə bu normaldırmı?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

omermli0 (2020-01-22 22:33:36)
Battareyanı qorumaq istiyirsizsə onda bunu edin evdə olanda heç battareya bitməyəcək və gücüdə azalmayacaq bir yöntəmdir demək 5-6 saat işləməsi normaldır arada batteriyanı çıxardın və enerjiyə taxın elə işlədin elə stolüstü kamputer kimi olur və battareyasız işlədiyi üçün heç battareyanın gücüdə zəifləmir rahatda komputer işliyir

NONANE (2020-01-09 01:30:40)
Noutbuku tokda fasilesiz saxlamaq olar amma baxir hansi batareykadi. Muasir noutlarda 100% catanda ozu zaryadkani saxlayir.Azalan kimi yeniden yigir. Amma ele edende 15-20 gunden bir batareykani bosaldmaq lazimdir en azi 10-15 % ze. Eslinde bu barede deqiq melumat yoxdur.

SahlarNiftaliyev (2020-01-08 22:51:18)
Fasiləsiz işlədəndə 5-6 saat işləyirsə bu normal göstəricidir. Ümumiyyətlə batareyalar 2-4 il arası və ya 1000 tam yükləməyə qədər ömrü var. Evdə işlədəndə məsləhətdir ki, ümumiyyətlə cihazı enerjidən ayırmayasız. Çox adam düşünür ki, batareya boşalıb-dolmasa tez xarab olur. Bu yanlışdır. Çünki batareyanın da, flash disklər kimi yazma-oxuma (dolub-boşalma) sayı onun ömrünü müəyyən edir. Siz onu batareya dolan kimi hər dəfə ehtiyac olmasa belə enerjidən ayırıb yenidən dolduranda, dolayı yolla desək ömründən və keyfiyyətindən gedir. Notbukunuzu mümkün qədər enerjiyə qoşulu işlədin, batareya tam dolduqda o enerjini birbaşa adapterdən alacaq, yəni çoxlarının düşündüyünün əksinə batareya dolandan sonra enerjidə qalanda batareyaya heç bir ziyanı yoxdur.

Goncha Gulieva (2020-01-08 19:00:58)
nece yeni tokda qalsin? 20faize falan dusende qosuram.tez tez taxmiram zaretkaya.duz deyirsiz eslinde cox takilmisam bu batereya meselesine.deyisdirmek isteyirem hetta.1aydi almisam

Sahrab (2020-01-08 18:19:07)
mənim notbukumda 1 saata 100% batareka qurtarır

Software Developer (2020-01-08 14:54:57)
5 saat işləyirse yaxşı göstəricidir. Batareyaya aid saysız məsləhət tapmaq olar. Əksəri də faydasız və hətta çoxu batareyaya zərərdir. Mənim çoxdandı işlətdiyim qayda: Batareya məsələsine fikir vermədən işlədin. Hər şey gec tez xarab olur amortizasiya olur onsuz da. Bir də tez-tez doldurub boşaltmayin, tokda qalsın, arabir evden kənar işlədərsiz yəqin ki (evdən çıxanda filan), həmin zaman dolub boşalacaq və qaydasında qalacaq. Sadəcə bunu mütləq qayda kimi hər gün etməyə gərək yoxdur , arabir bosalsa bəs edər.

NONANE (2020-01-08 14:28:36)
Ekranin isigini al, genayet olacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung öz-özünə sönür

Sony xperia zl batareya sifarişi

Kompyuter xəbərdarlıq olmadan sönür.

Telefon zaryatka yigir amma yanmir