Aztelekom internet sürət zəifləyir

Salam. Mən Aztelekom providerindən istifadə edirəm. Ayda 15 AZN pul ödəyirəm. Normalda sürət 3 mb/s üzərində olmalıdır. Deməli internetin sürəti saat 18-00 dək yaxşı olur. 18-00 dan sonra sürət tamam ölür. Birdə axşam saat 00-00 dan sonra normallaşır. Mən xəttimi yoxlatdırdım. Xətdə heç bir problem yoxdu. Belə başa düşdüm ki insanlar işdən evə gəlib internetdən istifadə etməyə başlayanda məndə sürət düşür. Modemimə məndən başqa heç kim qoşulmur. Nəzarət edirəm. Xahiş edirəm bununla bağlı nəsə bilən varsa köməklik etsin. Əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

omermli0 (2020-01-22 22:40:48)
Bina evində yaşayırsızsa fiber optik internetə keçin aztelekomla bunun nə fərqi var deyəcəksiz onu izah edim demək aztelekom ev xətti ilə internetə qoşulur yəni adsl ilə amma fiber optik internet isə bir başa interneti ötürür aldığı kimi adsl ilə yəni ev telefonu ilə qoşulanda internetdə qırılmalar çox olur amma fiber optikdə bu çox az olur və ping də aşağı olur şəhərdə yaşıyırsızsa bakı ətrafında onda citynetə qoşulun oda yoxdusa katv1 yada superonline qoşula bilərsiz eyni pullu ödüyəcəksiz 18 manat və daha sürətli internet alacaqsız

Sahrab (2020-01-12 19:30:26)
Bizim rayonda da eyni vəziyyətdir internet "ölü" vəziyyətindədir yalnız baktelekom və aztelekom provayderləri var aztelekomdada çıxmaq qeyri mümkündür

Reshad84 (2020-01-09 22:25:33)
Bizim rayonda basqa provider yoxdu.

NONANE (2020-01-09 17:54:39)
Demek provayder zeyifdir. Super online (uninet) kecin. en stabil internet ordadir.