Camex itirilmiş bağlama.

Salam. Mən Amazon.com Alış-veriş saytından Bir məhsul sifariş etmişdim. Çatdırılma Ünvanı isə Camex MMC adlı Daşıma-Yönləndirmə şirkətinin Amerika anbarını qeyd etmişdim. Pul ödəniləndən və sifariş sistemə düşəndən bir müddət sonra Malın təhvili barədə bildiriş gəldi. Və sistemdədə qeyd edildi ki mal Camex LLC ünvanına təhvil verilib. Camex LLC isə deyirki mal təhvil verilməyib. Bizim işçimizin imzası yoxdur təhvil alması barədə. Amma Amazonda mənim hesabımda Sifarişin statusunda göstərilirki CAMEX LLC-ə təhvil verilib. Camex isə mənə deyir ki; Əgər imzamız yoxdursa o söz sübut ola bilməz. Və nə malımı göndərirlər nədə pulumu qaytarmırlar. Camex LLC nümayəndəsi mənə tövsiyyə etdi ki Hansı Bankdan ödəniş etmişəmsə ora yaxınlaşım və ödədiyim məbləği geri tələb edim. Malın təhvil verilməməsinə görə. Məndə öz növbəmdə sual verdim ki, bəs Bank mənə deməyəcək ki Ay Müştəri biz sənin razılığın ilə Pul ödəmişik kartdan. Biz sadəcə pul köçürürük. Camex MMC nümayəndəsi cavab olaraq dedi ki; Xeyr, onlar ödəniş hansı banka gedibsə ora sorğu göndərəcəklər, həmin Bankda Amazona sorğu göndərəcək. Nəticədə pulunuz geri qaytarılacaq. İndi əsas sualım budur ki, Həqiqətən bu yolla pulumu geri ala bilərəmmi? Yoxsa bank deyəcək mənlik deyil?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Parviz (2021-10-18 15:56:47)
Salam qardaş. Eyni hadisə mənim də başıma gəldi Mover-də. Ortada 400$ dəyəri olan kompüter hissəsindən söhbət gedir. Bu məsələni necə həll etdiz? Çox xahiş edirəm mənə də nə etməli olduğumu göstərərdiz. Çox minnətdar olaram.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Rusiyadan Azərbaycana təkər gətirmək

aliexpress

Naxçıvana yüngül bağlama neçə AZN ya çatdırılır ?

Bakıda ən ucuz travel

Professional sürücü olmaq

Sürücülük Vəsiqəsi