VPS Seçimi

Salam Aleykum. Men hal hazırda adi host işlədirəm. Ancaq artıq kifayət etmədiyini görürəm. Və VPS haqqında düşünürəm. Əsas sualım ondan ibarətdir ki, burada hər kəs hal hazırda istifadə etdiyi server haqqında yazsa seçim etməyimə çox yardım etmış olar. Çünki elə bir yer axtarıram ki, 24/7 dəstək xidməti olsun, qırılmalar olmasın, qiymət münasib olsun qısaca problemli hər dəqə UPDATE adıyla fasilələr yaranmasın saytda. Elvin bəy sizin fikriniz xüsusilə maraqlıdır. Öncədən hər kəsə təşəkkür edirəm. Birde hansı ölkədə yerləşən Serverlərdən istifadə məsləhətdir?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

sadiq.ziyadov (2020-01-18 12:14:21)
Mütləq baxacam. Təşəkkür edirəm.

sadiq.ziyadov (2020-01-18 12:13:53)
Hər kəsə təşəkkür edirəm. MuradBagiyev Çox sagolun mənə məhz bu tip şərhlər lazımdır ki hər kəs öz işlətdiyini yazsın ki nəyi pisdir nəyi yaxşı. Hə baxmışam ora indiki Hostumda ele məhz ordandı Sadəcə VPS'lərdə DDOS qoruma vermirlər. Host + Serverlərində verirlər ama VPSlərdə vermirlər. Yenə baxaram Təşəkkür edirəm.

muradbagiyev (2020-01-17 20:46:24)
Mən Hostimuldan Linux VPS götürmüşəm. Qiymətlər münasibdir. 3 aydır, bir problem yaşamamışam hələki.

az-hosting (2020-01-13 19:54:27)
Salam, serbest dil biliyiniz varsa ( problem olanda zeng etmek ve s) xarici firmalara baxa bilersiz axtarish sistemlerinde n qeder melumatlar ve istifadechi fikirleri var. Yerli firmalardan istesez bizimle elaqe yarada bilersiz. Saytda 24 saat canli destek ve whatsapp xetti movcuddur. AZ-Hosting

SahlarNiftaliyev (2020-01-13 19:49:05)
Bunun üçün kifayət qədər xarici resurslarda məlumat var. İnsanların fikirlərini bölüşdüyü yerlərə, Reddit'ə və s. baxa bilərsiniz. Referral linklər verən bloqlardan fikir almamağınız məsləhətdir. Çünki tərəfsiz olmurlar adətən. Dediyim kimi əgər biznesiniz (xidmətiniz və s.) Azərbaycan kütləsinə xitab edirsə, onda Delta Telekom'la maraqlanın. Support zəif olsa da, bir dəfə əlaqə yaradıb müqavilə bağlaya bilsəniz, başqa texniki problem çıxacağını düşünmürəm ) Bildiyim qədər video host edən video.az saytı Delta Telekom serverlərini istifadə edir.

sadiq.ziyadov (2020-01-13 12:57:28)
Cavab ucun tesekkur edirem. Amma sorusmaq istediyim tamam ayri movzudu. meselen men falan serverden istifade etmisem yaxsi deyildi ve ya men falan serverden istifade edirem keyfiyyetlidir kimi reyler yazsa her kes oz istifade etdiyi server haqqinda cox komek etmis olarlar. cunki her birini bir bir yoxlamaq kimi imkanimiz yoxdur.

SahlarNiftaliyev (2020-01-13 03:39:19)
Bəs etmədiyini düşünürəm dedikdə, əgər storage və s. üçün bəs etmirsə, məsləhətdir ki, elə shared hosting'də qalıb, sadəcə upgrade edəsiz. Texniki mövzuları bilmirsizsə, VPS çətinlik yarada bilər. Nəzərə alın ki, Cpanel kimi şeylər olmayacaq, hər şeyi manual qurmalısız. Yox əgər advanced istifadəçisizsə, bir neçə sayt host etmək, böyük traffikiniz varsa, onda DigitalOcean sərfəlidir məsələn. Əgər Azərbaycandadırsa istifadəçiləriniz, onda Datacenter.az (Delta Telekom) məsləhətdir fikrimcə.

sadiq.ziyadov (2020-01-12 18:29:31)
niyə heç kim cavab vermir? Hamısının şərtlərini araşdırmışam birdənə istifadəçilərinində fikiri maraqlı idi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress saytında adsense reklamları görünmür

Hansı hostingi seçim?

saytın qiyməti aylıq gəlirinin qiymətinədir

Google domenləri

Serverdəki saytda 40 istifadəçi aktiv olanda səhifələr 30-60saniyə açılır

Yerli (Bakıda olacaq) serverlə bağlı sual