Google Chrome-dən fayl yükləmək üçün proqram

Salamlar hər kəsə Böyük həcmli faylları yükləmək üçün proqram bilən varmı?Internet Download Manager kimi olsun,internet download manageri yüklədim amma ki müəyyən problemlər. Aztelekomun interneti tez-tez kəsildiyi və eyni zamanda da işıqların gün ərzində bir neçə dəfə söndüyünü nəzərə alaraq mənə fayl yükləmək üçün elə proqram lazımdır ki pause-ni basıb komputeri söndürüb daha sonra yenidən həmin qaldığı yerdən davam etsin.Bu cür proqram bilən varmı?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Sahrab (2020-01-18 10:44:03)
Bu da XDM kimi oldu

Sahrab (2020-01-17 10:26:15)
Təşəkkür yoxlayaram

Anar Melik (2020-01-16 21:06:19)
Salam men de idm den istifade eliyirdim.Artiq triali qurtarib.Onun evezine ise Jdownloader den istifade eliyirem ve idm kimidi demek olar

SahlarNiftaliyev (2020-01-13 19:47:12)
Bu file serverdən də asılıdır. Ola bilər ki, serverin resume capability'si yoxdur. Əgər belədirsə, edə biləcəyiniz heç nə yoxdur. Bu əsasən premium serverlərdə olur. Əgər IDM accelerator'u sizin faylı götürə bilmirsə, ola bilsin o faylın extension'u (bax: PDF faylında .pdf) əlavə edilməyib və ya necəsə manual olaraq silinib. Bunu settingsdən yoxlaya bilərsiniz. Bundan başqa IDM update edib yoxlaya bilərsiniz. Əgər pirat (crack) proqram istifadə edirsinizsə, bu da səbəb ola bilər. Çünki uzun müddətdir IDM istifadə etmişəm və heç vaxt bu cür problemlər yaşamamışam.

Sahrab (2020-01-13 14:16:17)
Təşəkkür bu XDM-nı yüklədim və nümunə üçün 1.6 gb-lıq fayl yüklədim bu XDM ilə daha sonra yükləməyə pauza verdim və təxmini bir neçə saat sonra yenidən yükləməni resume edəndə gördüm ki yükləmə davam etmir "refresh download link" yazılır amma yükləmə linkini yeniləmək nə mənada olduğunu dəqiq bilmədim bir sözlə bu XDM işimə yaramadı IDM-da isə google chrome üçün olan extensionu yükləmişəm amma fayl yükləyəndə İDM ilə deyil google chromenin default download manageri ilə yükləyir

SahlarNiftaliyev (2020-01-13 02:49:32)
Hazırda Download Manager'lərdən ən təkmilləşmiş olanı Internet Download Manager'di. Sadəcə pulludur, 30 günlük free trial verir. Chrome'da accelerator aktiv olmağı üçün Extensionu da yüklənməlidir. Mənim şəxsi seçimim XDM'dir. Həm open-source'dur, həm də cross-platform.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Təzə alınan modem işləmir

Telefon xəttində problem olduğunu necə öyrənə bilərəm?

Aztelekomun abunəçiliyindən necə çıxaq?

İnternet Aztelekom

ADSL internet haqqında sualım var…

Ev telefonu çəkdirmək istəyirəm