Salam.Mənim aylıq 20-30k unikal istifadəçisi olan 4 aylıq bir saytım var.Son günlərdə trafik bir az da artıb.Mən bu saytı adsense sisteminə qoşaraq gəlir əldə etməyin yollarını araşdırırdım.Beləliklə bəzi suallar yaranıb məndə.
1) Ümumiyyətlə Adsense sistemi Azərbaycanca dəstəkləmir anladığım qədəriylə.Bu baxımdan saytım ilkin mərhələdə dəstəklənməyən dil probleminə görə rədd edildi Google tərəfindən.Ancaq yerli saytlarda bu sistemə nə cürsə qoşulurlar.Bu problemi necə aşa bilərəm?
2) Saytımın kontenti gərəyi çox sayda mənbədən götürdüyüm informasiyaları saytda yayımlayıram.Bu Adsense müddəalarına ziddirmi? Rədd səbəblərindən biri kimi bu göstərilmişdi, ancaq adsense ilə əməkdaşlıq edən kifayət qədər belə elan saytlarıda var.
Cavablandıracağınızı ümid edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
1. Xeyr, aşa bilməzsiniz. Əvvəllər başqa sayt üçün təsdiq alıb sonra bu sayta da qoymaq olurdu. İndi isə adsense
hər bir sayta ayrıca icazə verir. Vermədən kodu qoyduqda da reklam boş görsənir.
2. Çox güman ki ziddir. Gərəkli hiperlinklər qoymadan xəbər dərc edəndə (mənbəni yazmaq yox link də qoymaq) bir müddət sonra google saytı saxta kopyaçıxaran sayt kimi tanıyır və reklam vermir.
Məsləhət görərdim ki, adsense mövzsunu birdəfəlik unudub fərqli biznes modellər və ya alternativlər düşünəsiniz.
Məsələn istifadəçilərə nəsə satmaq(pro user, membership, eksklüzivlik), saytın məzmununa uyğun sponsor tapmaq (şirkətlərlə bir-bir görüşüb onları saytınız üzərindən hər hansı ortaq layihə etməyə çağırmaq və.s.) və.s.
Sual verin
Cavab verin