Qiymət kitabçası

Mən kollecdə oxuyuram. 1kurs qiymətlərim aşağıdı. Məhz işə götürəndə qiymət kitabçası nəzərə alınacaq?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

assad (2020-01-23 15:56:47)
Salam. Hər hansı fənn və ya fənnlərdən aşağı olan imtahan qiymətini yenidən imtahan verərək düzəltmək olar. Siz yenidən imtahan tələb edə bilərsiniz, bu sizin haqqınızdır. Amma ola bilər ki, bunun üçün sizdən qanuni olaraq əlavə ödəniş tələb olunsun. o ki, qaldı işə götürmək.... maraqlıdırsa gerisini oxuyun. Mən gənc deyiləm, 50 yaşım var, İT sahəsində çalışıram. Burada bildiyim suallara cavab yazıram ki, gənclər bilmədiklərini öyrənsinlər, irəli getsinlər. Tam obyektiv olacam. Qorxacaq yerim də yoxdur. Sizi heç kim çağırıb işə götürməyəcək. Siz özünüz iş tapacaqsınız. Bizdə iş tapmağın iki yolu var. 1. Day-day 2. Bilik. İxtisası sevərək öyrənilən biliklər. göstərilən hər iki variantda sizi işə götürəcəklər, amma 2-cisi daha məsləhətlidir. Mən də ikinci variantı seçmişdim. ( ona görə yox ki , birinci variant məndə olmayıb. :) )