Pulsuz hosting

Salam dostlar. Öz ad soaydıma uyğun domen almaq istəyirəm.Domeni isə birbaşa instagram səhifəmə yönləndirmək istəyirəm.Yəni saytın adı yazılıb enter vurulanda sayt yönlənsəcək instagram səhifəmə.Elədə güclü hosting xüsusiyyətləri tələb edən iş deyil deyə mən bunu pulsuz hosting üzərindən etmək istəyirəm.Saytda pulsuz hostinqlə bağlı sualları oxudum ancaq suallarıma cavab ala bilmədim.Belə sadə prosedura görə sonradan hosting pulsuz-du deyə problem yarana bilər?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Mövlud Ahmedov (2020-02-02 14:15:49)
Dostlar sualımı cavablandırdığınız üçün minnətdaram.Çox sağolun Bu Cloudflare mənim işimə yarayacaq.Şahlar bəy bir sualda soruşum sizdən:Online,az saytından az domeni alanda onlarda bu funksiyanı pulsuz təklif edir?Onlarda elə bir bölmə var mı mən domeni ordakı paneldən birbaşa instagram səhifəmə yönləndrə bilim

SahlarNiftaliyev (2020-01-30 11:55:06)
Salam, bunun üçün hostingə gərək yoxdur. Bir çox domain registrarı bunu pulsuz təklif edir. Əgər aldığınız servis bunu təklif etməsə, cloudflare istifadə edə bilərsiniz. Support link

Şükür Hüseynov (2020-01-30 10:23:57)
Salam Ucuzvari birin ala bilsəz lap əla olar ancaq mən də bir saytımı pulsuz hostingə qoymuşdum belə normalı işləyirdi amma hamısı yox bəziləri. Siz atspace.com saytına baxın orada pulsuz var belə sadə proses üçün kifayət edər məncə. Bir də tam dəqiq yadımda deyil ancaq deyəsən mən godaddydən domen alanda orada domeni yönləndirmə seçimi var idi. Amma tam dəqiq yadımda deyil bu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Pulsuz Hosting

Pulsuz hosting