Aliexpress və Google Adsense

Salam, Mənim 2 sualım olacaqdır bir-birindən fərqlidir. Məlumatı olanlardan xahişim; zəhmət olmasa cavablandırardınız, təcilidir. 1. Mən Aliexpress'dən yanvar ayını əvvələində bir məhsul sifariş etmişəm və ayın ortalarından yola artıq çıxmışdı. Çıxış yeri və ölkə Sinqapur göstərilib, yəni mallar birbaşa Sinqapurdan gəlir keçən dəfə də eyni yerdən sifariş vermişdim, məhsulun üzərində Sinqapurun kodu, çıxış yeri həqiqətəndə həmin ölkə idi və çox rahat və tez gəlmişdi. Lakin, bu dəfə gəlmə vaxtı 10-15 gün gecikdi. Sizin fikrinizcə, görəsən Çində yayılan virusa görə gecikdirilib, yəni məhsul Sinqapurdan Çin üzərindən gətirildiyinə görə gecikib yoxsa Sinqapurdan Azərbaycana birbaşa hava yolu ilə gəlib? Yəni, mən Çindən gətiriləcəyinə görə narahatam biraz, virusa görə Sinqapurdan sifariş vermişdim. Bunun Çinlə bir əlaqəsi var? 2. Google Adsense hesabına Payonner kartını əlavə edib, həmin kartdan məbləği götürmək olur?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elon Musk (2020-02-04 18:17:32)
Məhsul bayaq gəldi elə də gec deyil yəni, 20 günə gəldi keçən dəfə 12 günə gəlmişdi. Sinqapurdan gələn məhsullar Çinin içərisindən gəlir, yoxsa elə birbaşa Sinqapurdan bura hava yolu ilə gəlir bilmirsiz? Çünki çindən gələndə gec gəlir həmişə 1 ayı keçir. Amma sinqapurdan elə olmur. Mənə də elə gəlir sinqapurdan birbaşa bura hava yolu ilə gəlir. Sizcə də elə ola bilər?

Software Developer (2020-02-04 16:01:26)
1. Çində bayram günləri vardı. Ona görə də xeyli yubanma olacaq bu həftələr ərzində. Virusun poçtla nə əlaqəsi. 2. Xeyr, mümkün deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kargo

Aliexpress

Aliexpress telefon

Hərbi xidmət barədə sual

Pul qazanmaq

Aliexpressdə ilk dəfə nəsə alacam