Veoene bagli olmayan hesaba pul qebulu ve vergi

Salam. Bir sualım olacaq, Məsələn Azərbaycanda əksər ödəniş sistemləri pulu birbaşa Vöen'ə bağlı bank hesabına köcürür. Ancaq bizdə bəzi ödəniş sistemləri varki onlar pulu belə adi hesabada köçürür. Məsəlçün diey o ödəniş sistemlərindən birini qurmuşam ödenişi adi debet kartima və ya hər hansı bir yolnan aldim və Vergi bəyannaməsinidə verdim vaxtinda vergisini ödədim. O problem olmazki yani niə adi hesaba qebul eləmisən deyə? Ya en yaxşısı elə Vöenə bağlı Hər hansı bir Bankda hesab açım birbaşa ora qəbul elib sonra bəyannamə verib ödəməydi? Yani vergisini ödəyəndən sonra pulu hansı hesaba qəbul etdiyinin önəmi olur? Və Vöen'e bağlı hesab açmaqcun diey ən yaxşi Bank hansıdır? Və bu proses təxmini neçə Manata başa gəlir? Vöen açdirmışam Sadəcə hansı banklarda problem olmur ödənişi hər dəfə götürəndə və ya pul ora köçəndə falan? Təşəkkür edirem öncədən.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

sadiq.ziyadov (2020-02-06 23:40:30)
Oldu Elvin bey Tesekkur edirem. Yani Pul hardan gelir gelsin esas Vergi hesabina gelirse ve vergisi odenilirse problem olmaz.

E. Hacı (2020-02-06 23:04:51)
xarici başqa yerli başqa. sualı düzgün vermək gərəkdir ki cavab da korrekt olsun. yəni fərziyyələr üzərində sual qurmaq olmaz axı. xarici mənbədən ödəniş bank yolu ilə USD VÖEN hesabınıza köçürülə bilər. İstisna hallarda xaricdən pul necəsə VÖEN olmayan hesaba gəlirsə (deyək ki karta, vestern uniona , nəqd yolla və.s.) ona dair nə sənəd varsa onu özünüzdə saxlamanız lazımdır və vergi dövründə də hesabatda müvafiq gəliri bəyan etmək lazımdır, vergisini də ödəmək. Ki sabah tutaq ki, yoxlanış olsa, sizin əlinizdə bu pulun haradan gəlməsinə dair sübut olsun(email screenshot printi, bankda kassada verilən sənəd və.s.). VÖEN hesabınıza gələn pulun tam qanuni sayılmasına gəldikdə - əgər sahibkarlıq fəaliyyətinizə uyğun fəaliyyət növünə aid gəlirdirsə, qanunidir əlbəttə ki. Yəni belə deyim, vergi məsələlərində dövlətə lazım olan odur ki siz vergini verəsiniz. ciddi pozuntu vergini verməməkdir. Vergini verərkən pozuntular edirsinizsə(hansısa sənədin düz olmaması, hesabatın düz olmaması və.s.) - bu ciddi problem deyil, uzaqbaşı kiçik cərimə edilə bilərsiniz. Əsas pozuntu gəliri gizlətmək, vergini verməməkdir. Qalan şeylər asan həll olan şeylərdir

sadiq.ziyadov (2020-02-06 18:06:58)
Elvin bey cox tesekkur edirem. Yerli olmasin lap diey cunki ad cekmicem meselen xarici olsun. Yani vergini odeyiremse normal problem olar? Ve eger meselen hemin wirkete men Voen bagli bank hesabimi versem onlar ora kocurse artiq tam qanuni sayilirda?

E. Hacı (2020-02-06 17:24:57)
VÖEN olmayan hesaba pul köçürməyə razı olan yerli ödəmə sistemi mövcud olmamalıdır axı. Adını deyə bilərsiniz hansı şirkətdir bu imkanı təqdim edən? Bir dənə portmanat verirdi mən bilən, onlar da vergini yerində tutulma ilə həll edirdi. Yəni vergini sizin əvəzinizə ödəyib sonra verirdi. O da deyəsən sonra keçdi ancaq rəsmi köçürmə metoduna. Yerdə qalanlar hamısı ancaq VÖEN-ə köçürür, başqa yerə yox. "O problem olmazki yani niə adi hesaba qebul eləmisən deyə?" Problem olar. "Və Vöen’e bağlı hesab açmaqcun diey ən yaxşi Bank hansıdır? Və bu proses təxmini neçə Manata başa gəlir? Vöen açdirmışam Sadəcə hansı banklarda problem olmur ödənişi hər dəfə götürəndə və ya pul ora köçəndə falan?" Kiçik rüsumlar ola bilər sadəcə. 5-10 manat ora bura. Ciddi ödənişi yoxdur bu prosesin. Vergilər nazirliyinin elektron panelində hesabınıza girib oradan istədiyiniz bankı seçib hesab açma müraciəti edirsiniz, və orada yazılan tarixdə seçdiyiniz bankın seçdiyiniz filialına yaxınlaşıb prosesi bitirirsiniz - yəni hər şey bu qədər sadədir. Bir çox bank artıq kart da var verir. ödəniş gələn kimi maaş kimi bankomatdan çəkmək olur. Beynəlxalq bank məsələn çox rahatdır. SahibKart verir illik 10 azn. İstədiyiniz kimi xərcləyib və ya ATM-dən pul çıxara bilirsiniz, adi kartdan fərqi olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İT Şirkətlər

Saytda sorğunun işləməsi

Clash of Clans

Vergi nece faizdir ?

Telefonlar mərkəzi poçtdan alınmalıdır ?

Sayt Haqqında